Magazin1
Aybəniz Haşımovadan KƏSKİN SÖZLƏR: “Heç kəsi dilənçi yerinə qoymaq lazım deyil”
Təəssüf edirəm, heç nə dəyişmədi, onda da belə idi, indi də. Özlərini göstərmək üçün 1 kilo paket alıb gətirmək və heç kəsi dilənçi yerinə qoymaq lazım deyil. Bəzi hoqqabaz məmurlar, etdiyiniz hərəkətlərin hamısı dövlətə qarşıdır, bunu özünüz də yaxşı bilirsiniz. Bunlar sanki cəlladdırlar, millətin qəsdinə durublar.
Publika.az xəbər verir ki, bu sözləri əməkdar artist Aybəniz Haşımova instaqramda yazıb. Qaziləri intihar həddinə çatdıran icra başçılarını tənqid edən sənətçi sözlərinə belə davam edib:
“Nə vaxta qədər axı davam edəcək bu?.. Bu insanlar onsuz da sağlamlığını itiriblər. Çoxmu çətindir bu insanları razı salmaq? O vaxtı da müharibə iştirakçıları, şəhid ailələri gedib kömək istəyəndə belə biganəlik var idi. Eşidirdim ki, onlara “Sizdən döyüşə getməyi xahiş etmişdik?”- deyirdilər. Bax əsl faciyə budur! Heç kəs durduğu yerdə özünə qəsd etməz, görün hansı həddə çatıb ki, insan özünə zülm edib. Allah götürməyəcək bu zülmü... İnsan gedib vətən üçün canını, sağlamlığını könüllü şəkildə fəda edib, hansısa yaramaz icra başcısı, yaxud məmur bu insanın şücaətini alçaldır, onu kiçiltməyə, gözdən salmağa çalışır. Onların vətən üçün etdikləri heç bir tərəziyə qoyula bilməz! Onlar qapılara düşüb heç kimdən heç nə istəməməlidirlər! Özünüz onların dərdi ilə maraqlanmalısınız, problemlərini həll etməlisiniz, ey vicdanları qara pərdə ilə yumulu bəzi məmurlar! Bu igidlər Vətən sağ olsun, Millət sağ olsun, deyərək gözlərini qırpmadan canlarını gülləyə verdilər, bunu unutmayın! Siz isə canınıza qıymayın, vətən oğulları, sizə qurban olum, çarə vallah bu deyil”.
-
Sosial17:20Bu avtobuslarda yeni qiymətlər müəyyənləşdi
-
Dünya16:52İlbər Ortaylı vəfat etdi
-
İdman16:02Messiyə "Barselona"da bu vəzifə veriləcək
-
Sosial13:30Əlli min müəllim ixtisar oluna bilər - HƏYƏCAN SİQNALI
-
Sağlamlıq12:59Bu gecə Yer kürəsi vurulacaq - Xəbərdarlıq edildi
-
Sosial12:13Bu universitetdə erməni dilində kurslar təşkil edildi
-
Nida Xəbər 11:47Baş nazirdən quru sərhədlərlə bağlı mühüm açıqlama
-
Sosial11:18Mayda 14 gün qeyri-iş günü olacaq










.jpg)
























