Magazin1
Tənqidlərə dözmədi: Zaur Kamalın oğlu sərt sözlər dedi - Video
Aparıcı Zaur Kamalın oğlu Bartu Kamal ünvanına səsləndirilən tənqidi fikirlərə münasibət bildirib.
Publika.az xəbər verir ki, o, hərbi xidmətə getməməsinin səbəbini açıqlayıb:
“Bəzi “ağıllı” kəslərin diqqətinə çatdırıram ki, 18-19 yaşın tamam olması mütləq həmin an hərbi xidmətə yollanmaq demək deyil. Mən ali təhsil almaq hüququmdan istifadə edərək universitetə qəbul olmuşam. Təhsilimi uğurla başa vurduqdan sonra vətən qarşısındakı borcumu da yerinə yetirəcəyəm. Bir az geniş düşünməyi öyrənin; ali savad hər bir gənc üçün vacibdir. Narahat olmayın, hər şeyin öz vaxtı var”.
Bartu insanların başqalarını öz düşüncə tərzlərinə görə mühakimə etməsinə sərt reaksiya verib:
“Boşuna deməyiblər ki, oğru elə bilir hamı oğrudur, savadsız da elə bilir hamı savadsızdır. İnsan özündə nə çatışmırsa, başqasını da o tərəzidə çəkir. Mənim hədəflərim və təhsilim sizin dar düşüncənizə sığmırsa, bu artıq sizin probleminizdir!”
Qeyd edək ki, Bartu Kamal 2024-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olub. O, hazırda atası Zaur Kamalla birlikdə "Həmin Zaur" verilişində aparıcılıq edir və gələcəkdə televiziya aparıcısı olmağı planlaşdırır.(“Yeni Sabah”)
-
Region21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Dünya18:12Türkiyədə zavodda partlayış: 10 nəfər öldü - Yeniləndi
-
Nida Xəbər 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi








.jpg)

.jpg)






.jpg)





.jpg)












.jpg)


