Onun məqsədi Almaniya iqtisadiyyatını dağıtmaqdır - Rusiyadan reaksiya
Bizi izləyin

Dünya

Onun məqsədi Almaniya iqtisadiyyatını dağıtmaqdır - Rusiyadan reaksiya

Almaniya kansleri Fridrix Mertsin Rusiya neftinə qarşı sanksiyaların saxlanılmasını dəstəkləyən bəyanatları tənqidlə qarşılanıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin iqtisadi məsələlər üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev sosial şəbəkə hesabında paylaşım edib.

K.Dmitriyev Mertsin bu mövqeyinin Almaniyanı iqtisadi fəlakətə sürüklədiyini bildirib.

Merts ABŞ-ın Rusiya enerji daşıyıcılarına qarşı sanksiyaları yumşaltmaq qərarını "səhv addım" adlandırıb. Dmitriyev isə cavabında bildirib ki, bu cür yanaşma Almaniyanın özünə böyük zərbə vurur:

“Almaniya onsuz da qüsurlu enerji siyasətindən əziyyət çəkir, Merts isə ölkəni tam bir fəlakətə doğru aparır. Belə görünür ki, onun peşəsi Almaniyanı və onun iqtisadiyyatını məhv etməkdir”.

Dmitriyev Avropa İttifaqı diplomatiyasının rəhbərinə də söz atıb: "Kaya Kallas hələ də ağıllı görünməyə çalışır”.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm