Magazin1
Aynişandan ismarış: “Evli olsaydım belə edəcəkdim”
Əməkdar artist Aybəniz Haşımovanın qızı, məşhur influser Aynişan Quliyeva evdar xanım olmaq və həyatını mətbəxdə keçirmək istəmədiyini deyib.
Publika.az xəbər verir ki, 1 milyondan çox abunəçisi olan Aynişan Quliyeva instaqramda izləyicilərinin suallarını cavablandırıb. Bir izləyicinin “Mən bircə qızı olan ana kimi səni ailəli və uşaqlı mətbəxtdə görmək istəyirəm” sözləri Aynişanı əsəbiləşdirib. O, bu suala belə cavab verib:
“Mətbəxdə? Bəs bunu mənim üçün arzu edəndə məndən soruşduz? Bəlkə mən özümü elə görmək istəmirəm ? Yaxşı... yazdığınız yaxşı niyyətlə yazılıb, amma bir insan üçün belə dualar edəndə bir bilmək lazımdı ki, özü bunu istəyir, ya yox. Mən ailə sevən bir insanam və mətbəxdə sevdiyim insanlara da bacardığım ən dadlı yeməkləri hazırlamağım da hobbimdir. Amma mətbəx ilə kifayətlənən bir xanım deyiləm. İnanın mənə bir qadın həm çox gözəl ailəyə, həmçinində eyni anda karyeraya sahib ola bilər”.
Bloger daha sonra “Həyatdan tam olaraq nə istəyirsiniz? Ömür boyu gəzib-tozmaq, yoxsa ailə və uşaq?” sualının onu məyus etdiyini bildirib:
“Bu düşüncə məni üzür. Mən səyahətləri subay olduğum üçün etmirəm ki, evli olsaydım belə səyahət edəcəkdim. Ailə quranda həyat bitir? Heç nə etmək lazım deyil? Mütləq rutinə düşüb özünü evlilikdən iyrəndirmək lazımdı? Əksinə hələ subay olduğum üçün az gəzirəm, az əylənirəm ... Ailə olandan sonra bu daha çox olacaq”.
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN
-
Rəsmi xronika10:41İlham Əliyev Ərdoğana məktub göndərdi
-
Nida Xəbər 10:34Onun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edildi
-
Dünya10:18Trampdan Netanyahuya: Sizi orada istəmirlər, çıxın

















.jpg)





















