Magazin1
"Xəyanətə iki-üç dəfə dözürsən, sonra..." - Aynur Dadaşova
Müğənni Aynur Dadaşova prodüsser Tarix (Tolik) Əliyevin yutubda yayımlanan "Tarix Əliyev ilə səmimi" verilişində şəxsi həyatı barədə bəzi etiraflar edib.
Publika.az xəbər verir ki, Aynur Dadaşova keçmiş həyat yoldaşından xəyanətə görə ayrıldığını deyib:
"Onu ölümünə sevmişəm... Desəydi, Aynur, ölümə gedirəm, onunla gedərdim. Mənim o böyüklükdə sevgim olub. Xəyanətə iki-üç dəfə dözürsən ki, övladın, ailən, isti ocağın var. Keçirsən... Amma artıq o dərəcəyə çatır ki, səni epilepsiya tutur.
Mənim o sevgimə yazığım gəldi. Özümü zavallı kimi gördüm.18 ildən sonra da vəziyyət belə davam edirsə, daha qərar insanın özündən asılı olmur. Son xəyanətində barmaqlarımda qıcolma baş verdi. İki övladım var, sevgimin qarşısında zəif görünmək istəmədim. O qədər məhv olmaq istəmədim..."
"Həyat yoldaşınızdan ayrılmağınıza peşman deyilsiniz?" sualına isə ifaçı belə cavab verib:
"Peşman deyiləm. Onun həyatında bir qadın var, amma ondan övladları yoxdur. Həyat yoldaşıma nifrət edirəm. Kaş xəyanət etdiyini bilməzdim, bildirməzdi. Xoşbəxt ailəm davam edərdi".
(teleqraf.com)
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi






.jpg)



























.jpg)


