Magazin1
Aynişan Quliyeva qoluna kimin adını yazdırdı? - VİDEO
Əməkdar artist Aybəniz Haşımovanın influser qızı Aynişan Quliyeva ilk döyməsini etdirib.
Publika.az xəbər verir ki, bu barədə o, instaqramda video paylaşıb. Aynişan qoluna Birinci Qarabağ müharibəsində şəhid olmuş atası Xalid Quliyevin adını yazdırıb və adının sonluğunu kiçik göyərçinlə tamamlayıb.
Qeyd edək ki, Şəhid Xalid Hüseynxan oğlu Quliyev 1962-ci il sentyabrın 9-da Qubadlı rayonunun Yuxarı Mollu kəndində anadan olub. Bakı şəhəri Nizami rayonu 62 saylı məktəbdə təhsil alıb. 1980-1982-ci illərdə Almaniyada hərbi xidmətdə olub. 1989-cu ildə Politexnik İnstitutuna daxil olub. Tələbəlik illərində Xalq Təhsili Nazirliyinin nəzdindəki Təcrübə Sınaq zavodunda sex rəisi işləyib.
Xalid Quliyev könüllü olaraq Daxili Qoşunların döyüşçü dəstəsinə üzv yazılıb. Ağdərədə gedən qanlı döyüşlərdə böyük şücaət göstərib. Naxçıvanik kəndi düşməndən azad olduqdan sonra ən hündür yüksəkliyə Azərbaycan bayrağını məhz Xalid Quliyev sancıb. Şəhidin sonuncu döyüşü Manikli kəndində olub. 1992-ci il iyulun 10-da kəndi azad etdikdən sonra düşmən əsirliyində olan üç əsgərimizi mühasirədən azad edən Xalid qayıdarkən yolda minaya düşərək həlak olub.
Şəhid Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.
Vaxtı ilə təhsil aldığı Nizami rayonunda yerləşən 62 saylı məktəb-liseyi şəhidin adını daşıyır. Həmçinin yaşadığı küçəyə Xalid Quliyevin adı verilib.
Посмотреть эту публикацию в Instagram
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?









.jpg)



















.jpg)
.jpg)










