Magazin1
Dilçilərin özünə Azərbaycan dilini öyrətmək lazımdır - Məşhur aparıcı
Mən nitq dərsini Azərbaycan Radiosunda işləyərkən qocaman diktorlardan, xüsusilə, Muxtar Əliyevdən almışam. O zamanın diktorları Azərbaycan dilində ən səlis danışanlar hesab edilirdi. Sözdə və cümlədə vurğunu necə vurmağı onlar mənə öyrədib. Amma Dilçilik İnstitutunun “dilçi”lərini dinləyəndə Azərbaycan dilindən daha çox əyalət dilini eşidirəm və sadəcə utanıram.
Publika.az xəbər verir ki, bu sözləri İTV-nin məşhur aparıcısı Nigar Sabirqızı Nəsimi adına Dilçilik İnstitutu ətrafındakı müzakirələrə şərh bildirərkən deyib. Dilçilik İnstitunu tənqid edən aparıcı ləhcələrin təbliğ olunmasının qarşı çıxıb:
"Hərəsi bir regionun ləhcəsini dilə tətbiq etməyə çalışır. O dilçilərin özünə Azərbaycan dilini öyrətmək lazımdır. Gəlsinlər, hansı söz necə tələffüz olunur, öyrədim. Tam ciddiyəm".
Qeyd edək ki, ölkənin sanballı elm adamlarının, dilçilərinin və ictimai fikirin öndə gedən isimlərinin saatlarla davam edən müzakirələri ciddi şəkildə qınanılıb. Aparıcı elm xadimlərinin saatlarla “dovşan” sözünün “doşan”, yoxsa “dofşan” formasında yazılması ilə bağlı müzakirələri aktiv sosial şəbəkə istifadəçiləri birmənalı qarşılanmayıb.
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı









.jpg)

























.jpg)

.jpg)
