Magazin1
Rejissorlardan, narazı aktyora CAVAB - QALMAQAL
Allahverdi Yolçuyevin müzakirələrə səbəb olan "Rejissorlar yaşlı aktyorları filmlərə dəvət etmirlər. Onlar işsiz qalır" fikrinə cavab gecikmədi. 23 noyabr 2022-cü ildə verdiyi müsahibədə səsləndirdiyi həmin fikirlərə rejissor və teatr rəhbərləri cavab verib.
Publika.az xəbər verir ki, Allahverdi Yolçuyevin gileylənməsinə ilk cavab Azərbaycan Film Akademiyasının rəhbəri, rejissor, aktyor Zaur Tahirsoydan gəlib. Bizimlə danışan rejissor aktyorun səsləndirdiyi fikirlərə belə münasibət bildirib:
"Mən düşünürəm ki, gileylənmək uğursuz insanların işidir. Bu çox təhlükəli bir psixologiyadır. Həmin aktyorlar öz üzərilərində işləsələr, əminəm ki, rejissorlar özləri onların qapılarını döyəcək. İnternet əsrində gileylənmək zəiflikdir. Buna misal olaraq sizə Nüsrəti göstərə bilərəm. İnternetdən öz təqdimatını elə etdi ki, indi bütün dünya onu tanıyır və dünya ulduzları onun ayağına gedir. Mən demirəm ət bişirsinlər, dediyim odur ki, öz təqdimatlarını çox gözəl etsinlər. Özünə tələb yaratsınlar ki, rejissorlar da onları axtarsın.
Gənc aktyorlara isə belə deyə bilərəm ki, hər il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən 60 aktyor-aktrisa məzun olur. Lakin filmlər isə çox azdır. Yəni, aktyor-aktrisa sayı ilə filmlərin çəkilmə sayına baxsaq tərs- mütənasiblik təşkil edir. İlk kino sistemi düzgün qurulmalıdır. Bu haqda kino sistemi düzgün qurulduqdan sonra danışa bilərik, çünki kino özü qazanmayandan sonra necə aktyor və aktrisaya qazandıra bilər ki? Və rejissorların əksəriyyəti də öz ətrafındakı insanlarla işləyir, çünki bu həmin rejissora daha rahatdır”.
Ovçu Pirim kimi tanınan Allahverdi Yolçuyevin səsləndirdiyi fikirlərə ikinci cavab Sumqayıt Dövlət Dram Teatrının rejissoru, prezident təqaüdçüsü, Xalq artisti Firuddun Məhərrəmovdan gəldi. O da bu məsələyə münasibətini özünəməxsus şəkildə cavab verdi:
“Yaşlı aktyorların teatrda olması çox lazım və vacibdir, lakin teatr onu öz büdcəsinə uyğun dəvət etməlidir. Bu rejissorların işi deyil. Rejissor yalnız rəhbərliyə bu haqda məlumat verir və o özü həmin insanı büdcəsi imkan verirsə dəvət edir. Hal-hazırda Akademik Milli Dram teatrında işləyən yaşlı sənətkarlarımız da var. Məsələn, onlardan 82 yaşı olan Rafiq Əzimov, Ramiz Məlik var. Hər birinə Allah uzun ömür versin. İşləyirlər və işləməlidirlər də. Burda nə var ki? Əlbəttə hər bir teatr rəhbəri istəyər ki, yaxşı, peşəkar aktyorları olsun.
Gənc aktyorlara gəlincə, teatrda işləyən hər bir aktyora onsuz da maaş verilir. Lakin azlıq və ya çoxluq məsələsinə gəldikdə isə mükafatlandırmalar da olur. Maaşdan əlavə işini yaxşı görən aktyorlar pul mükafatları ilə mükafatlandırılırlar”.
Sumqayıt Dövlət Dram Teatrının müavini, Əməkdar artist, fəxri mədəniyyət işçisi, tərəqqi medalçısı Vidadi Məmmədov də bu məsələ ilə bağlı öz fikirlərini bizimlə bölüşdü:
“Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən 65 yaşında hər kəs kimi aktyorlar da təqaüdə göndərilməlidir. Ancaq teatrın ixtiyarı var ki, müqaviləni ilbəil artırmaqla 70 yaşına qədər aktyoru müəssisədə saxlasın. Bu zaman isə dövlət tərəfindən təltif olunmuş şəxslərə üstünlük verilir. 70 yaşından sonra isə əmək kitabçası ilə daimi işçi kimi saxlamaq mümkün deyil. Lakin oynalınan pyesdə həmin aktyor lazımdırsa, dəvət edilir və oynadığı rola uyğun ona ödəniş edilir”.
Samira Sərkər
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar