Magazin1
Fuad Poladov haqqında tükürpədici faktı açdı - VİDEO
Son 10-11 ayı bir yerdə olmuşuq. O müddət ərzində vidalaşırdı. Qəbiristanlıqlara tez-tez gedərdik, qohum-əqrabası ilə vidalaşırdı. Bunu başqa cür adlandıra bilmirəm. O bilirdi ki, xəstəliyi müalicə olunan deyil. Artıq o mərhələdə idi ki, xərçəng müalicəyə tabe olmurdu, ölümcül həddə idi.
Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rafiq Həşimov qonaq olduğu "O üz" verilişində yaxın dostu, mərhum Xalq artisti Fuad Poladov haqqında danışarkən deyib. Rafiq Həşimov bildirib ki, Fuad Poladov dəfn olunduğu yeri də özü seçib:
"Günlərin birində dedi ki, gedək "Qurd qapısı" qəbiristanlığına. Gördüm orada daşın üstündə "F.P." yazılıb. Sən demə yer götürüb. Dedi ki, yəqin burada dəfn olunaram. Evə qayıdanda söylədi ki, birdən həmin gün külək olar, evlərin arxasında xeyir-şər yeri var, camaat soyuqda qalmasın, orada keçirərsiniz. Bir il müddətində hər gün sanki ölüm məşqi edirdi. Bunu başqa cür adlandıra bilmirəm. Bəlkə də bu cür deməyim doğru olmaz, amma mənə belə bir təəssürat bağışlayırdı. Hər gün sanki ölməyi öyrənirdi"
Qeyd edək ki, Fuad Poladov 2018-ci ildə xərçəngdən vəfat edib.
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”




































