Magazin1
Xalq artisti: "Pul mənə hamıdan çox lazımdır"
Ömrünü 17 yaşından səhnəyə bağlayan, obrazlarına, müxtəlif insan talelərinə həyat verən, səhnənin Məleykəsinin canlandırdığı obrazların çox qısa bir hissəsindən tamaşaçım kiçik video hazırlayıb. O illərə qayıdıb, xatirələrə daldım… Müsbət xarakterli çox çətin və məsuliyyətli obrazlara həyat verdim. O insan taleləri məni göylərə qaldırdı, bax ele buna görə də hər zaman sənətimə, aktrisa Məleykəyə və səhnəmə, aktyorluq sənətinin ucalığına hörmətlə yanaşıb, "hər necə gəldi" çəkilim deyə, hər obrazı qəbul edə bilmirəm".
Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova instaqramda yazıb. Aktrisa ona ünvalanan "Seriallara niyə çəkilmirsiniz" sualına ətraflı cavab verib:
"Çox sual verirlər, niyə seriallara çəkilmirsiniz? Bəli, mən də çəkilmək istəyirəm, bəlkə də pul mənə hamıdan çox lazımdır, yalnız aktyorluq sənətimi çox sevdiyim, səhnədəki möhtəşəm obrazları ürəkdən yaradan və hər bir obraza ürəyimin bütün damarlarındakı axan qanımı axıtdığım, günahsız ürəyimi zəiflətdiyim üçün necə gəldi çəkilə bilmirəm. Təklif edən rejisorlara da təşəkkür edirəm. Bu haqda çox danışmaq istəmirəm. Bəli, tam yoxdur demirəm, amma inanıram ki, nə vaxtsa əsil sənət və sənətkarlara layiq filmlər və seriallar çəkiləcək! Bunun üçün də tək rejisor və yaxud aktyorla olmur: bunun üçün ilk maliyyə və filmin düzgün truppası lazımdır. Çox inanıram, Azərbaycan incəsənətinin istedadlı nümayəndələrinə".
Посмотреть эту публикацию в Instagram
Dünya18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
İdman16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
MDB15:30Bir gündə mindən çox döyüşçü itirdilər
Magazin215:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
Sağlamlıq14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
Əmlak14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
MDB12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
Maraq dünyası12:47Vyetnamda müəmmalı hadisə: "Bura necə gəldiyimi bilmirəm" - FOTO













































