Magazin1
Müğənni Nəfəs məsuliyyətə cəlb olunacaq? - RƏSMİ AÇIQLAMA
Müğənni Nəfəsin (Günel Məmmədova) "7 Canlı” verilişində sükan arxasında kəmərdən istifadə etməməsi ilə bağlı açıqlaması müzakirə yaradıb.
Publika.az xəbər verir ki, ifaçının efirdə bu qayda pozuntusunu etiraf etməsi və daim belə halların təkrarlandığını bildirməsi tənqid edilib. Aparıcı Vüsalə Əlizadə dəfələrlə ifaçıya bunun qayda pozuntusu olduğunu, efirdə təbliğ etməməsini söyləsə də, o, maşın sürməyə başladığı vaxtdan bu səhvi etdiyini deyib.
Məsələ ilə bağlı OLAY-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli qeyd edib ki, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücü birmənalı şəkildə inzibati məsuliyyətə cəlb olunur:
"Avtomobil idarə edildiyi zaman təhlükəsizlik kəmərindən istifadə edilmirsə, sürücü inzibati məsuliyyətə cəlb olunacaq. Bu, birmənalıdır. Həmin şəxs bildirir ki, kəmərdən istifadə etmir. Lakin məsələ bununla yekunlaşmır. Gərək yolda bu fakt aşkarlansın və sözügedən şəxsin qayda pozuntusuna yol verməsi sübut olunsun.
Hər bir halda bunun reklam kimi efirdə səsləndirilməsi düzgün deyil. Çünki vətəndaşları qaydalara əməl etməyə səsləmək lazımdır. Bununla yanaşı, avtomobil idarə edərkən kəmərdən istifadə olunması sürücünün öz təhlükəsizliyi üçün vacibdir. Qayda pozuntusuna yol verməsi ilə bağlı faktın efirdə söhbət xatirinə səsləndirilməsi qınanılmalıdır. Heç olmasa verilişdə danışmasın ki, cəmiyyətə də bu qayda pozuntusunu təbliğ etməsin”.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






.jpg)














.webp)













.jpg)


