Magazin1
Hiss son layihəsi haqda: "Bir günə həll etdik"
Müğənni Hiss "Dilək" adlı yeni mahnısını və ona çəkilən klipini təqdim edib.
Publika.az xəbər verir ki, payız ab-havalı mahnının sözləri və musiqisi Kənan Əhmədzadəyə, aranjimanı isə Nihad Məlikova məxsusdur. Çəkilişləri dəniz kənarında baş tutan klipin rejissorluğunu Elgün Cəfərov edib.
"Düşünürəm ki, bu mahnım da digərləri kimi seviləcək, insanların musiqi zövqünü oxşayacaq. Tam da payız ruhunu əks etdirən bir iş oldu. Elə çəkilişlərini də bir günə həll etdik" , - Hiss qeyd edib.
Ekran işi monoton sevgidən bəhs edilir.
Qeyd edək ki, mahnı bütün musiqi platformalarında, klip isə sənətçinin "YouTube" kanalında yayımlanıb.
-
Magazin213:01Supermodel geyimi ilə gündəm oldu - Fotolar
-
İdman12:46Arbeloa Ardanın qolu haqqında elə sözlər dedi ki...
-
ABŞ12:01O sağdırsa, təslim olmalıdır! - Tramp
-
Yaxın Şərq11:21İranda İsrail kəşfiyyatına işləyən xeyli sayda agent saxlanıldı
-
Yaxın Şərq11:01Hələbdə Maral adlı erməni müəllimi amansızlıqla qətlə yetirdilər
-
Nida Xəbər 10:41Belçikanın sabiq Baş naziri Aİ-nin Azərbaycana qarşı ikili yanaşmasını kəskin tənqid etdi
-
MDB10:00Rusiyada zəlzələ baş verdi
-
İdman08:48Arda Gülərdən fantastik qol - Video





































