Magazin1
“Türkanın xətrinə dəyən qadını avtomobildə...” - Video
Müğənni Şəbnəm Qəhrəmanova açıqlaması ilə gündəmə gəlib.
Publika.az bizim.media-ya istinadən bildirir ki, sənətçi qonaq olduğu "Gül kimi şou" verilişində bildirib ki, həmcinsinə əl qaldıraraq, onu döyüb.
Şəbnəm bu hərəkətini həmkarı Türkan Vəlizadəyə görə atdığını söyləyib:
"Əvvəllər mən çox dava edirdim. Amma indi dalaşqan deyiləm. Çünki axırı yaxşı olmur. Söhbət qalmaqaldan yox, bildiyiniz əlbəyaxa dalaşmaqdan gedir. Özümə qadağa qoydum ki, heç kimlə dalaşmayacağam. Mənim üçün çox pis bitir. Ağlayırdım ki, mən niyə ona əl qaldırıb, döydüm. Gücüm yaxşıdır. Zamanında olub ki, bir insanı döymüşəm. Bir xanım Türkan Vəlizadənin xətrinə dəymişdi. Onu çox pis döymüşəm. Ondan sonra çox pis olmuşdum. Bir xanımı elə döyməməli idim. Amma o da yerini bilməmişdi və Türkanın çox pis xətrinə dəymişdi. Türkan hamıya sataşırdı və rahat idi ki, mən yanındayam. O döyülmək hadisəsi isə avtomobildə baş verib. O xanımı maşının içində döymüşdüm. Türkan isə məni qoyub qaçmışdı. Çox sevdiyim insanlara qarşı çox həssas oluram. Onları incidən insan zərrə qədər gözümdə olmur".
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək
-
Magazin109:36Vəfa Şərifova ailə qurdu: Villasında toy etdi - VİDEO
-
Hadisə08:48Lökbatanda dəhşətli qəza: Tanınmış teleaparıcı həyatını itirdi
-
Avropa07:55Mafiya ilə bağlı qalmaqallı istintaq: Keçmiş polis rəisi intihar etdi

































