Magazin1
Turanə Hüseynli biganə qalmadı: "Cəmiyyətə xəstə təfəkkürlü kişilər yetişdirdiniz" - VİDEO
Baku TV-də yayımlanan “O vaxtlar” verilişinin yeni buraxılışı sosial mediada müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, buna səbəb verilişdə qonaq olan Zirə sakini Arifə Kərimovanın qadın və kişi münasibətləri barədə səsləndirdiyi fikirlər olub. Müasir dövrdə boşanmaların çoxalmasından da danışan zirəli ağbirçək deyib ki, ailədə nə qədər söz-söhbət olsa da, onu qoruyub saxlamaq lazımdır.
"Ata evində olanda nənəmlə qonşu idik. Nənəm həmişə bizə deyərdi ki, ağ paltarla evdən çıxdınız, getdiyiniz evdən ağ kəfənlə çıxmalısınız. Gəlinə demək lazımdır ki, boşanma, döz, otur. Cavanlara boşan, arxandayam demək olmaz. Elə deyiləndə, əlbəttə ki, boşanacaqlar", - Arifə Kərimova müsahibəsində söyləyib.
O, həmçinin kişilərin uşaq kimi diqqət və qayğıya ehtiyacı olduğunu vurğulayıb. Sosial media istifadəçilərinin bir hissəsi onunla razılaşsa da, əksəriyyət ona qarşı çıxıb.
Aparıcı Turanə Hüseynli qadının bu müsahibəsini paylaşaraq öz iradlarını səsləndirib:
"Ay xala, belə düşünərək cəmiyyətə xəstə təfəkkürlü kişilər yetişdirdiniz. "Kişilər uşaq kimidir" deyib, bunu normallaşdırmaq? Onda bağçada qalsınlar, ailə qurub heç kimi bədbəxt etməsinlər. Hörmət də, sevgi də qarşılıqlı olmalıdır. Oğlanlarına tərbiyə verməyib, qızlarına "dözginən, oturginən", "ağ gəlinliklə getdiyin evdən ancaq ağ kəfənlə çıxa bilərsən" deyən bu nəslin ucbatından necə qızların kəfəni çıxıb ər evindən. Həm fiziki, həm mənəvi", - Turanə Hüseynli qeyd edib.
Məşhur həm də Baku TV-də yayımlanan 32 yaşlı Ruslan və 16 yaşlı Yeganənin bir-birinə qoşularaq qaçması və 2 ay öncə toylarının olması haqda reportaja da biganə qalmayıb.
"Hələ bu cahilliyin normallaşdırılmasına nə deməli? Nə sevgi? Hansı sevgi? Özündən 16 yaş kiçik ağılsız bir qızı qaçırmaq, cinsi əlaqəyə girmək pedofiliyadır! Bunun sujet halında “şirin-şirin" təqdim olunması isə ümumiyyətlə dəhşətdir! Bu gün oxumuşam ki, qız hamilədir! Hər şey bir qırağa! Çörək almağa pulu olmayan bu oğlan, hansı şüurla uşaq sahibi olmaq qərarına gəlib? Bütün gün efirdə dilənmək üçün? Nə axmaq, cahil cəmiyyət olduq biz. Çox heyf..." , - o, qeyd edib.
-
Magazin106:16Zaur oğluna ad günü etdi - VİDEO
-
Nida Xəbər 05:45Ceyhun Bayramov "Napoli" - "Qarabağ" matçını stadiondan izləyib - FOTO
-
İdman03:00Antonio Konte: "Qarabağ"ın qapıçısı möhtəşəm qurtarışlar etdi"
-
Magazin100:30Tacir Şahmalıoğlunun ailəsində xeyir iş - VİDEO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Bir təklif sevindirə bilər
-
Magazin125 Noyabr 23:24Həbsdən çıxan Rəqsanədən ilk açıqlama - VİDEO
-
İdman25 Noyabr 23:00"Napoli" "Qarabağ"a qarşı - Heyətlər açıqlandı
-
İdman25 Noyabr 22:48Ertem Şenerdən PROQNOZ: ““Qarabağ” bu gecə elə futbol oynayacaq ki...”





























_(3).jpg)



