Magazin1
“Adında ‘x’ olmayanlara hörmət göstərmək məcburiyyətində deyiləm”
Müğənni Nadir Qafarzadə "Günə uğurla" verilişində verdiyi açıqlamada qarşılaşdığı hörmətsiz münasibətdən danışıb və narazılığını ifadə edib.
Publika.az xəbər verir ki, sənətçi bildirib ki, menecerinə zəng edən bir kişi onu toyuna dəvət etmək istəyib, lakin Nadir bu müraciət formasından narazı qalıb:
"Mənim menecerimə zəng gəldi. Bir kişi dedi ki, 'Nadiri toya dəvət etmək istəyirəm'. Mən belə şeylərdən xoşlanmıram. İnsana müraciət forması var: bəy, müəllim, xanım, xala və s. Telefonu götürdüm və dedim ki, 'Gəlmirəm sənin toyuna, çünki sən tərbiyəsizsən!'".
Qafarzadə vurğulayıb ki, adında "x" hərfi olmayanlara hörmət göstərmək məcburiyyətində deyil:
"Bəzən heç bir hörmətə layiq olmayan, adında 'x' olmayan birinə hörmət edib başınızın üstünə qaldırırsınız. Mən də mənəm, danışmağa haqqım var. Mən layiq olmasam belə, bəs sənin danışıq mədəniyyətin haradadır? Əgər mən pisəmsə, elə et ki, mən səndən utanım. Belə insanların pulu da mənə lazım deyil".
Sənətçinin sözləri sosial şəbəkələrdə izləyicilər arasında geniş müzakirələrə səbəb olub.(milli.az)
-
Qoroskop07:35Avqustda 4 bürcə pul gələcək
-
Magazin206:46Məşhur müğənni bazarda belə görüntüləndi: Hamam lifi satır - Foto
-
Avropa05:45Fransanın hərbi zavodlarında ard-arda partlayışlar ola bilər - Təhlükə böyüyür
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...















.jpg)





.jpg)
.jpg)














