Magazin1
Şeyxdən Mahsuna SƏRT TƏPKİ: “Səni boyayıb Qaragül edərik” - Video
“Ortadan da aşağı səviyyədə oxuyan Mahsun Qırmızıgül, türkün çörəyini yeyib türkə daş atırsan?”
Türkiyənin kürd əsilli tanınmış müğənnisi Mahsun Qırmızıgülün “Urmiya və əziz gəlinim 2024” adlı videoçarxında oxuduğu mahnıda Güney Azərbaycanın Təbrizdən sonra ikinci ən böyük şəhəri və bütün türklərin ata yurdu olan Urmiyanı “kürd şəhəri” adlandırması Azərbaycanın quzeyində və güneyində kəskin etiraza səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə Yenicag.az-a açıqlama verən Xalq artisti, tannımış rejissor Şeyx Əbdül sənətçinin bu addımına sərt reaksiya verib. Şeyx Türkiyədə oturub, tanınıb, türklərin çörəyini yeyən, türkün hesabına adam olan bir müğənninin belə mahnı oxumasının arxasında erməni təbliğatının dayandığını bildirib:
“Ortadan da aşağı səviyyədə oxuyan Mahsun Qırmızıgül, türkün çörəyini yeyib türkə daş atırsan? Bunu bil ki, Allah səni cəzalandıracaq. Sən orta səviyyədən də aşağıda oxuyan bir müğənnisən, “manıs”san. Bu, ermənilərin başladığı böyük bir kampaniyadır.
Bunun arxasında erməni milyonerləri, erməni siyasətçiləri, erməni ideoloqları dayanır. Hamısı da kənar adamları pulla satın alırlar və onların əli ilə bizə daş atdırırlar. Mahsuna buradan səslənirəm, siyasətə qoşulma, get işinlə məşğul ol. Səni boyayıb Qaragül edərik”.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






.jpg)

.jpg)








.webp)



















