Magazin1
Nura ÜSYAN ETDİ: "İcazə almaq üçün qapı-qapı gəzməli olurlar"
Yaradıcı insanlar rejissor, videoqraf, fotoqraflar əziyyət çəkirlər məkan baxımından. Gözəl kliplər, şəkillər çəkmək üçün yetərincə gözəl məkanlarımız var, amma və lakin icazə məsələsi çox qəlizdir. Haradasa çəkiliş etmək üçün ya qiymətlər uçur, ya da icazə almaq üçün qapı-qapı gəzməli olurlar. Sonda da daha münasib, amma konseptə qismən uyğun olan yerlərdə çəkməli olurlar.
Publika.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial mediada yazıb. Çəkiliş üçün məkan seçimində çətinliklə üzləşdiyini deyən ulduz problemi ictimailəşdirmək qərarına gəlib. O, ümid edir ki, irad və şikayətləri lazımi ünvanlara çatacaq:
"Nəinki dövlət müəssisələri, hətta küçədə də çəkiliş etmək üçün haradansa icazə alınmalıdır. Hamı şikayət edir ki, bizdə bu qədər yaradıcı insanlar ola-ola niyə gedib Türkiyədə, Gürcüstanda, Ukraynada və s. klip çəkdirir məşhurlar? Bu yaradıcı insanlara şərait yaradılır ki, nəsə edə bilsinlər?
Hamı masanın üstünə şam düzüb klip çəkməli olur hansısa restoranda. Gözəl məkanlarımızı niyə çəkməyə icazə yoxdur? Ümumiyyətlə, bu icazə məsələləri hansı qanuna əsasən tənzimlənir?
Raj Steven kimi fotoqraf niyə belə problemlə üzləşməlidir axı? Niyə dəyəri bilinmir belə sənətkarların? Əslində, deməyə çox söz var, amma o başqa vaxta qalsın", - sənətçi qeyd edib.
-
Dünya18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin215:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
-
Maraq dünyası12:47Vyetnamda müəmmalı hadisə: "Bura necə gəldiyimi bilmirəm" - FOTO





































