Magazin1
Günel Zaura xəbərdarlıq etdi: "Beynimi xarab eləmə, yoxsa..." - VİDEO
"Pişik" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Günel Ələkbərova ilə aparıcı Zaur Nəbioğlu arasında qalmaqal pik həddə çatıb.
Publika.az "Bizim.media"ya istinadən bildirir ki, sənətçi qonaq olduğu "İncə səhər" verilişində bildirib ki, Zaur onun şəklini efirdə nümayiş edərək aşağılayır və gözdən salır.
Günel efirdə Zaura sonuncu dəfə xəbərdarlıq ünvanlayıb:
"6-7 veriliş var ki, mən ora rahatlıqla qonaq gedirəm. Çünki bilirəm ki, o verilişlərin aparıcıları sənətimi yerə vurmayacaqlar. Amma elə proqramlar da var ki, ora getmək istəmirsən, çünki özünü orada görmürsən. Savadı olmayan bir aparıcı sənə nə sual verəcək? Mən onun mənə verdiyi sualdan qıcıqlanacağam, əsəbiləşəcəyəm. Ondansa, getmirəm. Elə ora gedən zamanı övladıma həsr edərəm, onunla vaxt keçirərəm. Evdə otururam, görürəm ki, kimlərsə, bu sənətdə çəkdiyin əziyyətini yerə vurur. Halbuki, o aparıcı gözəl bilir ki, dəfələrlə mən Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil etmişəm.
O aparıcı ilə münasibətim yoxdur. O, verilişinə bir neçə müğənnini çağırır, şəkillərimi müzakirə edib, məni aşağılayırlar. Mən bunları etməyə heç kimə yol vermərəm. Onlar məni danışmağa məcbur və vadar edirlər. Çünki susduqca məni aşağılamaqda davam edirlər. Hər kəsə həddini bildirməliyəm. Nəsə ağır bir söz eşitmək istəmirsənsə, heç kimə ağır bir kəlimə də deməməlisən. Sonuncu dəfə deyirəm, beynimi xarab eləmə... Sənin haqqında elə açıqlamalar edərəm ki, ümumiyyətlə, daha veriliş apara bilməzsən. Hər şeyin günahkarı bu aparıcıdır".
-
Magazin212:07Müğənni Dubaydan elə foto paylaşdı ki...
-
Hadisə11:57İşdən çıxarılan direktorun şikayəti ilə bağlı Ali Məhkəmə qərar çıxardı
-
Hadisə11:37Ramil Səfərovun xanımına vəzifə verildi
-
Maraq dünyası10:56İkona döyüşdə əsgərin həyatını necə xilas etdi?
-
Ekologiya09:32Bakıda sulu qar yağır
-
Dizayn07:30"Yolka"nızı evin bu 3 yerində qəti qurmayın
-
Magazin206:16"Sahtekarlar"da yeni sima - FOTO
-
Magazin102:42"Ən yaxşı cütlüy"ün NADİR FOTOLARI








.jpg)






















