Avropa
Zelenski ELAN ETDİ: “Rusiyanın üçüncü işğalının qarşısını aldım”
"Ukrayna yaxın günlərdə ABŞ nümayəndələri və “Avropalı dostları” ilə görüşlərə hazırlaşır".
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram"da yayımladığı video-müraciətdə bildirib.
Siyasətçi qeyd edib ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov münaqişələrin həlli ilə bağlı artıq aparılan əlaqələr barədə məlumat verəcək. Bu arada, Ukrayna Baş Qərargah rəisi Andrey Qnatov və onun komandası respublika vətəndaşları üçün təhlükəsizlik zəmanətlərinin təfərrüatları üzərində işləyir.
“Ən əsası odur ki, ABŞ Prezidentinin nümayəndələri ilə görüşlərim olacaq və həmçinin avropalı tərəfdaşlarımızla görüşlər keçiriləcək”,- Ukrayna lideri bildirib.
Dövlət başçısı münaqişənin həlli şanslarını “əhəmiyyətli” adlandırıb və ölkə hakimiyyətinin Ukrayna üçün “ləyaqətli sülh” təmin etmək üçün çalışdığını, eyni zamanda Rusiya Federasiyasının “üçüncü işğalının” qarşısını aldığını vurğulayıb.
Hüseyn İbadlı
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
















.png)
.jpg)



















