İnsult keçirən Əməkdar artistdən XƏBƏR VAR
Bizi izləyin

Magazin1

İnsult keçirən Əməkdar artistdən XƏBƏR VAR

Əməkdar artist Kifayət Gəncəli müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Publika.az bildirir ki, bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

O bildirib ki, K.Gəncəli xəstəxanaya yerləşdirildikdən sonra ona işemik insult diaqnozu qoyulub: "O, səhhəti yaxşılaşdığından ambulator müalicə üçün evə buraxılıb".

Qeyd edək ki, Kifayət Gəncəlinin "Qızıl fond"da 300-ə yaxın lent yazısı var. Onların arasında “Leylam”, “Elə bağlıyam”, “Tələbəlik illəri”, “Xatırla məni” və digər ifaları var. 2007-ci ildə müğənni “Əməkdar artist” fəxri adına layiq görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm