Magazin1
Azərbaycanlı aktrisanın Kenan İşıkla çəkildiyi film - VİDEO
Azərbaycanlı aktrisa Məlahət Abbasova bu gün vəfat edən türkiyəli aktyor və aparıcı Kənan İşıkla bağlı paylaşım edib.
Publika.az xəbər verir ki, sənətçi “Qolsuz körpə” filmində birgə rol aldıqları səhnəni izləyiciləri ilə bölüşərək bu sözləri yazıb:
"İçimdə həmişə onun oyanacağına dair bir ümid var idi. Bu gün həmin ümid söndü. Kənan bəylə 1990-cı ildə işlədiyim Azərbaycan Dövlət Teatrının ilk İstanbul qastrol səfərində Atatürk Mədəniyyət Mərkəzində tanış olmuşduq. Çox səmimi, gülərüz insan idi. O, həmişə bizim yanımızda idi və hər şeylə maraqlanırdı. İllər sonra Şəhər Teatrlarında olarkən onu ziyarət etdim və “Məni tanıyırsan?” deyə, soruşdum. Diqqətlə üzümə baxıb dedi ki, "Hə, sən o qızsan". Uzun müddətdən sonra görüşdük və saatlarla söhbət etdik. Onun sevgisini, hörmətini həmişə görmüşəm. Prodüser və rejissor Tunca Yönder “Qolsuz körpə” filminə baş rola aktrisa axtararkən, Kənan bəy məni məsləhət görmüşdü. Filmində ər-arvad obrazını canlandırdıq.
Kənan bəy, sizi tanıdığım üçün sevindim. Həyatımda iz buraxdınız. Mənə dünya yaddaşı qoyub getdiniz. Sizi heç vaxt unutmayacağam. Allah rəhmət eləsin, məkanınız cənnət olsun. İndi rahat yat. Siz mənim ürəyimdəsiniz".
(Axşam.az)
-
Sosial02:18Bakıda müşahidə olunan dronlar - Nə baş verir?
-
Qoroskop01:20Günün ulduz falı: artıq daha böyük məsuliyyət götürmək vaxtıdır
-
Dünya15 Mart 23:00Bağdad Hava Limanı raket zərbələrinə məruz qaldı - Yaralılar var
-
Sosial15 Mart 20:18Azərbaycanda heyvan ətinin satışı ilə bağlı yeni qadağa tətbiq ediləcək? - Video
-
İnanc15 Mart 19:26Ramazan ayının iyirmi altıncı günü: İmsak və iftar vaxtı, günün duası
-
Region15 Mart 18:48Qurban bayramını “lazımsız qətl ayini” adlandırdı, həbs olundu
-
Nida Xəbər 15 Mart 17:25Daha bir neçə diplomat İrandan Azərbaycana təxliyə olundu
-
Yaxın Şərq15 Mart 17:15SEPAH-ın 7 yüksək rütbəli komandiri öldürüldü







































