İdman
“Qalatasaray” ulduz futbolçuya bu qədər maaş təklif edir: Hamıdan çox
“Qalatasaray” yay transfer pəncərəsinin ən iddialı sərbəst transfer əməliyyatlarından birinə hazırlaşır
Publika.az xəbər verir ki, İstanbul klubu “Mançester Siti”nin kapitanı Bernardo Silvanı illik 15 milyon avro məbləğində təkliflə komandaya gətirməyi planlaşdırır.
“Takvim” nəşrinin məlumatına görə, danışıqlar artıq ikinci mərhələyə daxil olub və klub gələn ay Silvanın nümayəndələri ilə birbaşa görüşlər keçirməyi nəzərdə tutur. Müzakirələrin əsas mövzusu təklif olunan illik maaş – 15 milyon avro üzərində qurulub ki, bu da Türkiyə çempionunu Avropadakı rəqiblərinin çoxundan öndə qoyacaq.
Silva “Mançester Siti” ilə müqaviləsinin son aylarına daxil olur və uzatma perspektivi görünmədiyindən, bir sıra Avropa klubları portuqaliyalı yarımmüdafiəçini heyətinə qatmaq üçün hazır vəziyyətdədir.
“Siti”də keçirdiyi 9 il ərzində Silva altı Premyer Liqa titulunu, bir Çempionlar Liqası qazanıb.
-
İqtisadi gündəm03:43Neftlə bağlı BƏDBİN PROQNOZ - Aprel ayı daha gərgin olacaq
-
İqtisadi gündəm00:45Qiymətli metallar kəskin bahalaşdı
-
Qoroskop00:15Günün ULDUZ FALI - Səma sizə güclü bir həqiqəti pıçıldayır
-
Sosial14 Aprel 23:36Bulvarda gülləri əzənlər məşhur bloqerlər imiş - Adlar
-
İdman14 Aprel 23:00Millimizdən növbəti qələbə
-
Magazin114 Aprel 22:36Xalq artistinin oğlu ABŞ pasportu aldı - FOTO
-
Sosial14 Aprel 21:12Bakı litvalı fotoqrafın gözü ilə... - FOTO
-
Səhiyyə14 Aprel 20:30TƏBİB-in yeni icraçı direktoru kimdir? - DOSYE





































