“Red Bull” onu qovacaq? – Özü də bilir ki…
Bizi izləyin

İdman

“Red Bull” onu qovacaq? – Özü də bilir ki…

Müxtəlif KİV-lərin məlumatına görə, Sinqapur Qran Prisindən sonra Formula 1 komandası “Red Bull” özünün kiçik komandası RB-nin pilotu Daniel Rikkardo ilə müqaviləni ləğv edə və onu Liam Lavsonla əvəz edə bilər.

Publika.az xəbər verir ki, məlumata görə, Rikkardonun özü də bilir ki, bu baş verə bilər.

“Red Bull”dan 2025-ci il mövsümündəki gələcəyimlə bağlı cavab gözləyirəm. Və bilirəm ki, bu mövsümü bitirib-bitirməyəcəyimlə bağlı suallar var. Sinqapur yarışı mənim F1-dəki sonuncu yarışım ola bilərmi? Mən belə düşünmürəm. Ancaq mən 2025-ci ildə burada yerim olacaq iddiasına evimi mərc etmək istəmirəm”, – Rikkardo deyib.

Karyerası ərzində 8 qələbə qazanan avstraliyalı cari mövsümdə 12 xal toplayıb və komanda yoldaşı Yuki Tsunodanı 10 xal geridə qoyur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm