Magazin1
Xalq artsitinin ölkədən çıxışına qadağa qoyulacaq?
Xalq artisti Ağadadaş Ağayev məhkəməyə verilib.
Publika.az musavat.com-a istinadən xəbər verir ki, buna səbəb onun dövlətə vergi borclarının yaranmasıdır.
Belə ki, müğənniyə məxsus "Ağadadaş" MMC-nin dövlət büdcəsinə vergi və fondlara borcu yaranıb. Lakin o, həmin borcları müəyyən olunan vaxt keçməsinə baxmayaraq, ödəməyib. Buna görə də Dövlət Vergi Xidmətinin Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsi ona qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb.
İddiada borcu ödəmədiyi təqdirdə Xalq artistinin Azərbaycandan çıxışına müvəqqəti qadağa qoyulması xahiş olunur.
İddiaya hakim Kənan Hüseynov baxacaq.
Qeyd edək ki, sənətçi bu yay Binəqədi rayonu ərazisində yerləşən "Medera" hospitaldakı qalmaqallı dava ilə gündəmə gəlib.
-
Sosial13:06
Rusiyanın təhvil verdiyi şəxs məşhur biznesmen imiş... - Şok detallar
-
Hadisə12:12
Sayt rəhbəri və oğlu şantaja görə həbs edildi - FOTO
-
Rəsmi xronika11:57
Prezident yeni nəsil metro qatarlarına baxış keçirdi - YENİLƏNDİ/FOTO
-
Dünya11:06
Qərbdə “qaynar nöqtə” - NATO ilə bu Avropa ölkəsi arasında qarşıdurma yaşanır
-
MDB10:18
Bu hücuma görə Ukraynadan qisas alındı: Kadırov nəyi nəzərdə tutur?
-
Qoroskop09:48
2025-ci ildə bürclərə uğur gətirəcək tarixlər: Kimləri xoş sürprizlər gözləyir?
-
Region09:12
Rusiyaya bu yolla getmiş azərbaycanlılara BÖYÜK TƏHLÜKƏ: Əmlakları əllərindən alınacaq
-
Nəqliyyat08:34
Hazırda 15 yolda tıxac var - SİYAHI