Hadisə
Sayt rəhbəri və oğlu şantaja görə həbs edildi - FOTO
Şirvanda “Dogruxeber.com” saytının baş redaktoru və redaktoru həbs olunublar.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onların ayrı-ayrı şəxslərdən hədə-qorxu ilə pul tələb etmələri və dələduzluq əməlləri barədə daxil olan məlumatlar əsasında Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılıb.
Sayt rəhbəri İlham Həsənov və oğlu Renar Həsənov ayrı-ayrı şəxsləri həqiqəti əks etdirməyən, rüsvayedici məlumatlar yayacaqları ilə hədələməkdə, dələduzluq yolu ilə müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirməkdə şübhəli bilinirlər.
Faktla bağlı cinayət işi başlanıb, onların barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq davam etdirilir.
-
Rəsmi xronika16:05
İlham Əliyev sərəncam imzaladı
-
Dünya15:35
Gülənin "kürəkənlər çarxı": Korporativ nikahlar vasitəsilə güc və pula nəzarət
-
Magazin115:27
Ağadadaş Ağayev məhkəməyə gəlmədi - Həbs olunacaq?
-
Hadisə14:33
Xəyanətə görə öz evini yandırdı, həmkəndlisini isə alçaldaraq... - Sabirabadda şok olay
-
İdman14:20
Ulduz futbolçunun matça gedərkən özü ilə nə götürdüyünə inanmayacaqsınız - VİDEO
-
Sosial13:06
Rusiyanın təhvil verdiyi şəxs məşhur biznesmen imiş... - Şok detallar
-
Hadisə12:12
Sayt rəhbəri və oğlu şantaja görə həbs edildi - FOTO
-
Rəsmi xronika11:57
Prezident yeni nəsil metro qatarlarına baxış keçirdi - YENİLƏNDİ/FOTO