Hadisə
Evdən 400 ədəd ətçəkən oğurlandı - Şübhəli qonşularıdır
Paytaxtın Xəzər rayonu ərazisindəki evlərin birindən 20 min manat dəyərində 400 ədəd ətçəkən maşının oğurlanması barədə polisə məlumat daxil olub.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxslər müəyyənləşib.
Zərərçəkənin qonşuları E.Həbibli, R.Umudov və bir nəfər qadın müəyyən olunaraq saxlanılıblar. Onların yaşadıqları evə baxış zamanı narkotik vasitələr olan metamfetamin və marixuana da aşkar edilərək götürülüb.
Qeyd edək ki, zərərçəkən şəxs ticarət mərkəzlərindən birində ətçəkən maşınların satışı ilə məşğuldur. Onun həmin evdən anbar kimi istifadə etdiyindən xəbərdar olan qonşuları mənzildən müxtəlif vaxtlarda oğurluqlar ediblər.
Faktla bağlı araşdırmalar aparılır.



-
Yaxın Şərq13:00Litani çayından Hermon dağına qədər: İsrail bu ölkələrin ərazisini tutacaq
-
Nida Xəbər 12:31Ermənistanın 20 vətəndaşı Azərbaycana gəldi: Bakıda nə planlaşdırılır?
-
ABŞ11:36Netanyahu bu planı Obamaya da təqdim edibmiş, amma... - Con Kerri sirri açdı
-
Elm və təhsil11:27Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı
-
Magazin110:00Xalq artisti rəqsi ilə diqqət çəkdi - VİDEO
-
Dünya09:18Tramp onu təhqir edib - Şok iddia
-
Magazin208:48Rep pioneri vəfat etdi - FOTO
-
Magazin206:1611 milyon qonorarı geri qaytaracaq - FOTO







































