Magazin1
Zaurdan Tolikə AĞIR CAVAB: “Kabinetdə müğənnilərlə oturub...!” - VİDEO
“Heç kim televiziyaya qadağa qoya bilməz. Qadağanı televiziya qoyur. Biz heç kimin hədə-qorxusu və qadağası ilə iş görməmişik, görməyəcəyik də”.
Publika.az xəbər verir ki, bu sözləri “Rəngarəng” verilişinin aparıcısı Zaur Nəbioğlu efir zamanı həmkarı Tarix Əliyevə ünvanlayıb. Tarix Əliyevin ünvanına dediyi sözlərdən qəzəblənən Zaur Nəbioğlu səssizliyini pozaraq qarşı tərəfi ifşa edib:
“Deyə bilərsən ki, mən istəmirəm bu qalmaqal olsun, televiziya işçilərinin əksəriyyəti dostlarımdır, onlarla danışdım və s. o başqa məsələdir. Mənimlə danışıb və ona demişəm ki, sakitləş sonra danışarıq. Mən televiziya qanunlarını çox yaxşı bilirəm. Biz onlardan çıxmırıq. Vəfa Şərifova özü istəyərək deyib ki, mən bu mövzuda danışmaq istəyirəm. Şəbnəm Tovuzlu verilişə baxdığı halda mənə yazıb ki, bu mahnıdan da danış. Mən də ona görə o sualı vermişəm. Bu gün heç kəs belə veriliş edib o qonaqları çağıra bilməz. Niyə çağıra bilirik? Çünki o qonaqların özləri danışmaq istəyir. Sənət aləmi ilə bağlı elə şeylər bilirəm ki, danışsam yer yerindən oynayar. Qonaqlar istəməyib deyə danışmamışam. Televiziyada onlar istədiyi və danışa biləcəyimiz mövzular varsa, danışırıq.
Dünən Tarix Əliyevin digər bir videosuna baxdım. Mən onunla illərdir dostluq etmişəm. Dəfələrlə verilişdə də demişəm ki, xətrini çox istəyirəm. Dünənki videosuna da baxdım. İnsan əsəbləşdiyi vaxt özünü necə təqdim edirsə, odur. Sərt danışa, hansısa fikrini bildirə bilərsən. Amma Zaur müğənnilərlə kabinetdə oturub qurma qurur deməyin, çox yanlış hərəkətdir, Tolik. Bu da sənə cavabım olsun. Mən qədər sənət adamları ilə dostluq edən aparıcı azdır. Mən oturmuram. Özəl günlərdə belə ən gec gedib 1 saat iştirak edirəm. Çünki məndən hansısa məsələyə görə xahiş etmələrini istəmirəm.
Tolik, sözüm əsas da sənədir. Mən qurma qururamsa və sənin dediyin doğrudursa, mənim qurmalarımla niyə verilişini idarə edirsən? Olmaz! Biri gəlsin və sübut etsin ki, Zaur qurma qurub. Amma mən müğənnilərlə sözün etdiyim mövzuları sübut edə bilərəm ki, müğənni onun razılığını verib”.(Yenisabah.az)
-
Region16:00Ərdoğandan dünyanı silkələyən qərar: Xaricdən Türkiyəyə köçənlər…
-
Region15:21Başqa yol seçsəydik, bu gün İcevanın yarısını itirmişdik - Paşinyan
-
MDB13:13Putin və Lukaşenko Ermənistan məsələsini müzakirə etdi - Detallar
-
Nida Xəbər 12:29İlham Əliyev sərəncam imzaladı
-
Dünya11:49Polşada Zelenskiyə qarşı çağırış: “Ağ Qartal” ordeni əlindən alınsın
-
İdman08:00MMA döyüşçüsünü ayı parçaladı
-
Avropa07:47Həbsdən qaçan şəxsi qatar vurub öldürdü
-
Magazin206:4651 yaşlı qadın qızını kölgədə qoydu - VİDEO




































