Magazin1
Tünzalə Ağayeva bu dəfə kovboy tərzində - VİDEO
Ölkəmizdə “Üzüm və şərab” festivalı keçirilib. Şamaxı Rayon İcra Hakimiyyətinin, Abqora restoranı və “Nəsimi bağları” kompleksinin təşkilatçılığı ilə Şamaxı rayonunun Meysəri kəndində keçirilən festival iki gün davam edib.
Publika.az xəbər verir ki, möhtəşəm tədbirin bağlanışını Xalq artisti Tünzalə Ağayeva edib. Hava şəraitinin soyuq və yağmurlu olmasına baxmayaraq pop ulduz sevənlərinə unudulmaz anlar yaşadıb. Çıxışı boyunca hitlərini səsləndirən sənətçi tamaşaçıların isti münasibəti ilə qarşılaşıb. Pərəstişkarları onunla birlikdə bütün mahnılarını bir ağızdan, əzbərə söyləyiblər. Səmimi sənətçi isə öz növbəsində səhnədən enərək tamaşaçılarla ünsiyyət qurub.
Rəngli məqamlarla bol olan tədbirdə səhnəmizin əfsanəsi geyimi ilə də gözoxşayıb. Mavi cins parçalardan istifadə olunan kovboy tərzində olan geyimin müəllifi tanınmış dizayner Lali Rüstəmovadır. Styling Xalq artistinin şəxsi stilisti Şamxal Ramazanlıya məxsusdur. Çox fərqli və gözoxşayan pop ulduzun makiyajını və saç düzümünü stilist Sabir Bağırov edib.
Səhnədə starı “Tünzalə dance group” müşayiət edib.
-
ABŞ13:00Maduro belə şəraitdə saxlanılır: Bu dili öyrənir, kitab oxuyur - Oğlu danışdı
-
Rəsmi xronika12:48İlham Əliyev Qazaxıstana getdi - Foto
-
Sosial12:45Yağış yağacaq - PROQNOZ
-
Dünya12:18Tramp Çində paylaşımlar edə bilmədi: Onun telefonunu əlindən niyə alıblar?
-
Sosial10:39Bazar günündən metro yeni qrafikdə işləyəcək
-
Sosial09:54Etibarnamə ilə maşın sürənlərin nəzərinə - Gələn aydan...
-
Dünya09:36ABŞ İrana qaçan agentin başına bu qədər mükafat təyin etdi
-
Maraq dünyası09:12Bu bürclərin 15-31 may tarixlərində pul sarıdan bəxtləri gətirəcək






























.jpg)



