Sosial
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
Regionun yaradıcı sənaye və innovasiya sahəsində aparıcı platformalarından biri olan “Baku Flames” festivalı “Azercell”in tərəfdaşlığı ilə start götürdü. Şirkət artıq ikinci ildir ki, festivalın texnologiya və innovasiya tərəfdaşı qismində çıxış edir.
Mayın 15–16-da keçirilən festival aparıcı beynəlxalq şirkətlərin nümayəndələrini, kreativ sənaye, marketinq və media sahələrinin ekspertlərini bir araya gətirir. Bu il festivalın proqramında “Meta”, “Google” və “TikTok” kimi qlobal şirkətlərin spikerləri yer alır. Həmçinin artan beynəlxalq maraq fonunda festivala bu il daha geniş coğrafiyadan kreativ layihələr təqdim edilib. Layihələr nüfuzlu beynəlxalq münsiflər heyəti və yaradıcı sənaye üzrə tanınmış ekspertlər tərəfindən qiymətləndiriləcək, qaliblər isə festivalın ikinci günü elan olunacaq.
Festivalın ilk günündə “Azercell”in təqdimatında keçiriləcək panel sessiyasında şirkətin Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova brend və brend səfirləri arasında qarşılıqlı dəyərin formalaşması, eləcə də bu əməkdaşlıqların dinamikası ilə bağlı müzakirələrdə iştirak edəcək.
Qeyd edək ki, “Baku Flames” festivalı beynəlxalq kreativ sənaye nümayəndələrini bir araya gətirərək qlobal yaradıcı sənaye tendensiyalarının müzakirəsi, innovativ yanaşmaların paylaşılması və yeni tərəfdaşlıqların qurulması üçün mühüm platforma rolunu oynayır.
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
-
Sosial10:44Bu şəxslərə 3 il müavinət ödəniləcək
-
Nida Xəbər 10:27TƏBİB-in icraçı direktoru bu komissiyadan çıxarıldı






















.jpg)

.jpg)

.webp)











