Magazin1
Fani həyatdır, gərək insan kimi yaşayasan, qudurmayasan - Əməkdar artist
"Pul əl çirki deyil. Versinlər, mənim əllərim çirklənsin. Pul adamın ad-sanı, şan-şöhrətidir. Deyir, pulun olmasa, uşaq getməz məktəbə, pulun olsa, tikərsən beşmərtəbə. İndiki zamanda göydə Allah, yerdə puldur".
Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva "Günə bax" verilişində deyib. O, həyatda pulun önəmindən söz açıb:
"Bir də insanlıq. İnsanlığı da Allah hər adama vermir. İstəyirəm ki, insanın həm pulu olsun, həm insanlığı, başını itirməsin, yolunu azmasın. Allah çox verib azdırmasın, az da verib möhtac etməsin. Adam var ki, pulu olan kimi gözü ayağının altını görmür. Amma fikirləşmir ki, fani həyatdır. Heç kim bu dünyada qalmayıb. Heç nə aparmırsan. Gərək insan kimi yaşayasan, qudurmayasan".(axşam.az)
-
Magazin108:36Vəfat edən əri ilə bağlı paylaşım etdi - VİDEO
-
İdman08:00Fransa dünya çempionatına bu heyətlə gedir
-
Magazin106:16Nəsrinin serialı nə vaxt başlayır?
-
Avto05:15Ən ucuz avtomobil 2030-cu ilə qədər yoxa çıxa bilər - FOTO
-
Sosial04:14Mətanət Qarayeva vəzifəsindən azad edildi
-
Magazin101:11Bu il də finala keçə bilmədik
-
Magazin100:30Təmsilçimiz ikinci yarımfinalda çıxış etdi - VİDEO
-
İdman00:15İran millisi önündə böyük əngəl - Dünya çempionatını buraxa bilər





























.jpg)



