Magazin1
"O qız Azərbaycan üzrə "botoks" gözəli ola bilər" - VİDEO
Prodüser və aparıcı Tarix Əliyev (Tolik) verilişində diqqət çəkən açıqlama verib.
Publika.az xəbər verir ki, o, tezliklə şirkət rəhbərləri ilə yaxın münasibətlərdə olan bəzi blogerlərin adlarını üzə çıxaracağını bildirib.
"Yaxında "Best model Azerbaijan 2025" seçildi. Qonşumuz Səkinə xalanın qızı ondan daha gözəldir. O qız Azərbaycan üzrə "botoks" gözəli ola bilər. Belə qaynaqlı qadınları ölkəyə gözəlimiz kimi göstərməyək. Təbii gözəl xanımlarımız var, ancaq onlar model olmayacaqlar. Qalib model adını almaqla bu qadınların hansı qiymət meyarı qalxacaq? Nə dəyişəcək? Bu barədə mövzu qoyaq. Azərbaycanda çox sayda model müsabiqələri keçirilir. Mənşəyi bilinməyən qızlar olur. Əksəriyyəti də gecə klublarından çıxanlar. Bunlar başlarına qoyduğu tacla ciblərindən xərclədikləri pulla efirdə yox, sosial şəbəkədə reklam olunurlar. Onlar bəzi influenserlər kimi qiymət artımına gedirlər. Elə onlardan da danışacağam. Bir çox şirkət rəhbərlərinə digər influenserlərlə bağlı məlumat verib onlarla tanışlıq əlaqələri quran, "makrer"lik edənlər var. Çoxu da qızlardır. Azərbaycanın adından kimisə təqdim etmək heç kimin ixtiyarında deyil. 50 milyonluq xalqıq. Belə qalibi nəyə baxıb seçiblər? Pulladırsa, yaxşı olub ki, 1.50 boylu, süni dodaqlı qızlar model olurlar. Buna da nəzarət etmək lazımdır".
Tolik bu açıqlaması ilə həm izləyicilər arasında maraq yaradıb, həm də media və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.(milli.az)
-
Qoroskop01:40Bu bürclərin həyatında köklü dəyişikliklər baş verəcək
-
Kriminal24 Avqust 23:00Canlı yayımda söyüş söydü, həbs edildi
-
Elm və təhsil24 Avqust 22:04Ana və iki övladı eyni vaxtda tələbə oldu - Foto
-
Kriminal24 Avqust 20:00İkisi də spirtli içki aludəçisi imiş... - Bakıda qadının ərini öldürməsinin təfərrüatları
-
Elm və təhsil24 Avqust 19:10Neçə nəfər ali məktəblərə qəbul olundu? - Rəsmi
-
Elm və təhsil24 Avqust 18:40Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı
-
Cinayət dünyası24 Avqust 17:16İsraildə “Qafqaz mafiyası”nın başçısı güllələndi: Başına 1 milyon qoyulmuşdu - FOTO
-
MDB24 Avqust 16:55Ukraynada yeni Maydan olacaq? - SENSASİON SSENARİ







.jpg)













.jpg)













.jpg)

