Magazin1
“Hazırda “bomj” kimi bir həyat yaşayıram...”
“Evim, yəqin, bir gün, bəlkə də, yenidən sevdiyim bir adamın ürəyi olacaq... Bəlkə də... Bilmirəm”.
Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov Oxu.az-a müsahibəsində deyib.
Xalq artisti Azərbaycandan köçüb getməsi fikrinin olub-olmaması ilə bağlı ona ünvanlanan suala maraqlı cavab verib:
“Səmimi deyim ki, əgər siz mənim cədvəlimə baxsanız, görərsiniz ki, hazırda “bomj” kimi bir həyat yaşayıram. Bir yerdə 2-3 həftədən çox qalmıram. Xaricdə də, Azərbaycanda da evim var, şükür Allaha, amma mənim üçün “sənin evin haradadır?” sualına cavab yoxdur.
Bilirsiniz, işimiz belədir ki, gəlirəm Bakıya, üç həftə burada, on gün başqa yerdə oluram, sonra yenə qayıdıram, yenə gedirəm-gəlirəm və bu proses belə davam edir. O ki qaldı Bakıda, ya Milanda yaşamağa, onsuz da mən hazırda təyyarədə yaşayıram.
Bəzən dostlarım mənə deyir ki, sən göydə daha çox vaxt keçirirsən, nəinki Yerdə. Vallah, düz deyirlər. Ona görə ev məsələsinə gələndə siz məndən soruşsanız ki, sənin evin haradadır, cavab verə bilmərəm”.
Qeyd edək ki, 48 yaşlı sənətçi 2015-ci ildə rusəsilli Avstriya opera müğənnisi Anna Netrebko ilə Vyanada nikah bağlayıb. Lakin onlar ötən il ayrıldıqlarını, buna baxmayaraq yenə də birlikdə çıxış edəcəklərini açıqlayıblar.
-
Qoroskop01:40Bu bürclərin həyatında köklü dəyişikliklər baş verəcək
-
Kriminal24 Avqust 23:00Canlı yayımda söyüş söydü, həbs edildi
-
Elm və təhsil24 Avqust 22:04Ana və iki övladı eyni vaxtda tələbə oldu - Foto
-
Kriminal24 Avqust 20:00İkisi də spirtli içki aludəçisi imiş... - Bakıda qadının ərini öldürməsinin təfərrüatları
-
Elm və təhsil24 Avqust 19:10Neçə nəfər ali məktəblərə qəbul olundu? - Rəsmi
-
Elm və təhsil24 Avqust 18:40Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı
-
Cinayət dünyası24 Avqust 17:16İsraildə “Qafqaz mafiyası”nın başçısı güllələndi: Başına 1 milyon qoyulmuşdu - FOTO
-
MDB24 Avqust 16:55Ukraynada yeni Maydan olacaq? - SENSASİON SSENARİ







.jpg)













.jpg)













.jpg)

