Magazin1
Tolikdən sərt tənqid: Ölünüzə-dirinizə, atanıza, nəsildəki kişilərə... - VİDEO
Prodüser və aparıcı Tarix Əliyev (Tolik) verilişində sərt və qalmaqallı açıqlamaları ilə gündəmə gəlib.
Publika.az xəbər verir ki, Tolik açıqlamasında konkret ad çəkməsə də, bir müddət əvvəl bacısını itirən müğənni Ülkər Yaşarqızına ünvanlandığı iddia edilən fikirlər səsləndirib.
O, efirdə bəzi müğənnilərin yas mövzusunda qeyri-səmimi davrandığını bildirib.
Aparıcı deyib ki, yaxınını itirən şəxslərin qırxı çıxmamış efirə çıxıb süni göz yaşları tökməsi, axşam isə əyləncə proqramlarında iştirak etməsi yolverilməzdir. Tolik bu cür davranışları kəskin tənqid edərək, ailə və mənəvi dəyərlərə hörmətsizlik kimi qiymətləndirib.
Tarix Əliyev çıxışında bəzi şəxslərin efir xatirinə şəxsi həyatını, ailə münasibətlərini, hətta namus və qeyrət anlayışlarını belə müzakirə mövzusuna çevirdiklərini vurğulayıb:
"Mən öləndən sonra qəbrimin üstünə gəlib veriliş çəkməyin. Qızım, bacım efirə çıxıb ağlamayacaqlar. Ölünüzün 40-ı çıxmayıb, yalandan verilişlərdə ağlayırsınız. Axşam şou-proqrama gedib oynayırsınız. 100 manata görə oynayırsınız, ana-bacı qədrini bilməyənlər. Bəsdirin, verilişdə oyun oynadınız. Bir gün efir üçün mənəviyyatınızı satacaqsınız. Ölünüzə-dirinizə, atanıza, qardaşlarınıza, nəsildəki kişilərə hörmət qoymursunuz. Ərinizdən, gəzdiyinizdən, oturub-durduğunuzdan hamısından efirdə danışırsınız, sonra gəlib yanımda oturub namus-qeyrətdən danışırsınız".
Qalmaqallı açıqlamalar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və müxtəlif reaksiyalar doğurub.(Milli.az)
-
Kriminal24 Avqust 23:00Canlı yayımda söyüş söydü, həbs edildi
-
Elm və təhsil24 Avqust 22:04Ana və iki övladı eyni vaxtda tələbə oldu - Foto
-
Kriminal24 Avqust 20:00İkisi də spirtli içki aludəçisi imiş... - Bakıda qadının ərini öldürməsinin təfərrüatları
-
Elm və təhsil24 Avqust 19:10Neçə nəfər ali məktəblərə qəbul olundu? - Rəsmi
-
Elm və təhsil24 Avqust 18:40Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı
-
Cinayət dünyası24 Avqust 17:16İsraildə “Qafqaz mafiyası”nın başçısı güllələndi: Başına 1 milyon qoyulmuşdu - FOTO
-
MDB24 Avqust 16:55Ukraynada yeni Maydan olacaq? - SENSASİON SSENARİ
-
MDB24 Avqust 14:45Rusiyada səfərbərliyə hazırlıq testi keçirilir - Nə baş verir?







.jpg)













.jpg)













.jpg)

