Magazin1
İki dəfə ölüm xəbəri yayıldı, anası dözmədi - Ağakərimin həyat hekayəsi
Xəbər verdiyimiz kimi, meyxanaçı Ağakərim bu gün uzun sürən xəstəlikdən sonra vəfat edib.
Publika.az Bizim.media-ya istinadla xəbər verir ki, Kərim Novruzov 1964-cü ildə Bakının Maştağa kəndində anadan olub.
Ədəbiyyata olan həvəsi məktəbdəki müəllimi tərəfindən yaradılıb, meyxanaya marağı isə qonşusu Ağasəlim Çıldağın kasetləri ilə başlayıb.
O, 1991-ci il meyxana müsabiqəsinin qalibi olub, 1993-cü ildə isə Əliağa Vahidə həsr olunmuş festivalda qızıl medal qazanıb.
Özünün 55 illik yubileyində isə oğlu Kamil üçün toy edib ki, ikiqat yaddaqalan olsun. Maştağa kəndində baş tutan dərviş toyunda meyxanaçının sənət dostları iştirak edib.
Ağakərim uzun müddət şəkərli diabet və yüksək təzyiqdən əziyyət çəkmiş, 2017 and 2021-ci illərdə iki dəfə insult keçirmişdi. Meyxanaçı keçirdiyi insult səbəbi ilə yataq xəstəsi idi. O, sərbəst şəkildə heç bir hərəkəti yerinə yetirə, danışa və ətrafındakıları tanıya bilmirdi.
İki dəfə haqqında ölüm xəbəri çıxmışdı.
Sosial şəbəkələrdə yayılmış xəbər hətta anasının ölümünə səbəb olmuşdu. Belə ki, meyxanaçının anası oğlunun ölümü il bağlı mediada yayılan xəbərin ağırlığına dözməyərək dünyasını dəyişib. Sonradan məlum oluv ki, Ağakərimin ölümü ilə bağlı yayılan xəbərlər doğru deyilmiş.
Meyxanaçının bacısı oğlu Rüstəm Cənnətov təsdiqləmişdi ki, Kərimin anası xəstə olduğundan oğlunun reanimasiyada olması ona deyilməmişdi. Qohumlar yalan məlumatı oxuyub, inanıb ağlaşa-ağlaşa Kərimgilə gəlib. O da ağlayıb, halı pisləşib, iki saat sonra da dünyasını dəyişib.
-
Sosial17:52Yer kürəsində dalğalanma başladı: Təhlükəli saatlarla bağlı xəbərdarlıq edildi
-
Sosial16:26Əsgəran Silah Muzeyi yaradılır
-
Rəsmi xronika15:52İlham Əliyev Qazaxıstanda təməlqoyma mərasimində iştirak etdi
-
Sosial14:42Əli Əsədov “Bakı Metropoliteni” ilə bağlı sərəncam imzaladı
-
MDB14:07Bu türk dövlətində məmurlara işə pencəksiz gəlməyi əmr etdilər - Səbəb nədir?
-
ABŞ13:00Maduro belə şəraitdə saxlanılır: Bu dili öyrənir, kitab oxuyur - Oğlu danışdı
-
Rəsmi xronika12:48İlham Əliyev Qazaxıstana getdi - Foto
-
Sosial12:45Yağış yağacaq - PROQNOZ



































.jpg)



