Magazin1
Azərbaycanlı müğənni milyonçuya ərə gedir
Müğənni və model Müjgan Ayxan şəxsi həyatı ilə bağlı açıqlaması ilə diqqət çəkib.
Publika.az xəbər verir ki, ifaçı aparıcı Nigar Fərhadın suallarını cavablandırarkən yaxın zamanda ailə qurmağa hazırlaşdığını bildirib.
O qeyd edib ki, həyatında olan şəxs azərbaycanlıdır, lakin uzun müddət ölkədən kənarda yaşayıb:
"Subaydır, Azərbaycanda yaşamayıb, burada da olmayıb. Amma azərbaycanlıdır. Milyonçudur, işləyir. Maşını 'Range Rover'dir. Mənə bahalı hədiyyələr edir və ailə qurmaq niyyətindədir. Valideynlərimiz də artıq danışıb".
Müjgan Ayxan münasibətlərə baxışının dəyişdiyini də vurğulayıb:
"Özüm təzə ağıllanmışam. Sevgi-filan boş şeydir, əsas ciddi münasibətdir. Sevən insan yanında, evində, səninlə birlikdə olar".
İfaçı ikili münasibətləri qəbul etmədiyini də bildirib: "İkili sevgim mümkün deyil. İstər qadında, istər kişidə bu alınmır. Bir kişi səni sevirsə, necə başqa yerdə başqa qadınla ola bilər?".
Onun bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər sənətçinin münasibətlərə dair fikirlərini müxtəlif cür dəyərləndiriblər.
(Milli.az)
-
Avropa23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Region21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Dünya18:12Türkiyədə zavodda partlayış: 10 nəfər öldü - Yeniləndi
-
Nida Xəbər 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi








.jpg)

.jpg)





.jpg)







.jpg)










.jpg)


