Magazin1
Qalmaqal böyüyür: "Ərin varsa, gəlsin.."
Xəbər verdiyimiz kimi, müğənni Səidə Sultan ilə aparıcı Tarix Əliyev (Tolik) arasında ötən gündən başlayan mübahisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Publika.az Milli.az-a istinadən xəbər verir ki, tərəflər bir-birinə ünvanlanmış videolar paylaşaraq qarşı tərəfi tənqid və ittiham edib. Tolik Səidənin narkotik maddələr istifadə etdiyini bildirərək, onun müalicə aldığını iddia edib.
Aparıcı həmçinin onun toy haqqında sözlərinə də toxunub: "Yalandan toy etdin ki, ərin var. Ərin varsa, gəlsin. Amma yoxdur".
Səidə isə cavab olaraq qolundakı iynə izlərini göstərib və başqa xəstəlikdən müalicə aldığını açıqlayıb. O, həmçinin Tolikin davranışlarını sərt tənqid edib:
"Görürsünüz, biz bu gün kimlərin əlində oynayırıq? Bu, neçə ildir belə davam edir. Tolik girib şou-biznesə, hamını qorxudur. Mən isə çəkinmirəm, yaltaq deyiləm. Səni kim salıb bu camaatın içinə? Mən sərbəst qızam, açıq geyinmişəm, amma heç vaxt kiminsə ailəsinə söz-söhbət salmamışam. Sənin normal yaşayış tərzin yoxdur, insanları hədələyirsən, uzaqlaşdım. Heç kimin həyatına zərər verməmişəm".
Qeyd edək ki, Səidə əvvəlcə verilişlərdə yaşanan xoşagəlməz halları sosial şəbəkədə paylaşaraq aparıcıları sərt tənqid etmişdi. Bundan sonra Toliklə ifaçı arasında gərginlik artıb və Tolik Səidəni polisə şikayət edib.
-
Avropa15:35Fransada dəhşət: Yeniyetmələr məktəbi yandırdılar
-
MDB14:30Rusiya: 1 günə 70 bina ələ keçirmişik
-
MDB14:03Ramzan Kadırova ordu generalı paqonları təqdim edildi
-
MDB13:50Rusiya Xarkovda daha bir kəndi zəbt etdi
-
MDB13:25Məşhur sovet psixoterapevti vəfat etdi
-
Ekologiya13:20Bakıda betonun üstündə yaşıllıq axtarışı: Plan baş tutacaq?
-
Nida Xəbər 12:55Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi
-
Ekologiya12:47Bakıya yağış yağacaq - HAVA PROQNOZU




































.jpg)