Magazin1
"Xəstə anama görə ağlayıb yalvardım ki.."
Müğənni Manaf Ağayev "Rəngarəng" verilişində sənət həyatı ilə bağlı səmimi açıqlamalar verib.
Publika.az xəbər verir ki, onun etirafları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Manaf Ağayev bildirib ki, efirə çıxmaq üçün əvvəllər hətta zülm-zülm ağlayaraq həmkarlarına yalvarıb, anamın xəstə olduğunu və ölüm ayağında olduğunu deyərək onun efirdə görməsini istəyib. Sənətçi xatırladıb ki, əvvəllər onu efirə buraxmayanlar indi tərifləyirlər və hətta nəvələrinin toyunda ifa etməsini istəyirlər.
Açıqlamasında Ağayev əlavə edib ki, vaxtilə AZTV-nin bədii şurasında sınağa girib, ifasını təqdim etməsinə baxmayaraq təsdiq almayıb və efirə çıxa bilməyib. Hətta həmin zaman anasına "çəkildim, növbəm çatanda efirdə göstərəcəklər" deyərək yalan danışmaq məcburiyyətində qalıb. Təəssüf ki, bir həftə sonra onu efirdə görmək qismət olmadan anası vəfat edib.
"Vaxtilə efirə çıxmaq üçün zülm-zülm ağlayıb yalvarırdım ki, anam xəstədir, ölüm ayağındadır, məni efirdə görsün. Bilirdim ki, istəsələr, yolunu bilirlər, məni AZTV-yə efirə çıxara bilərlər. Onlarla oturub danışırdım. O vaxt mənə "yox" deyənlər indi məni ağız dolu tərifləyir! Nevəmin toyunda "sən oxuyacaqsan" deyirlər. AZTV-də bədii şura vardı, özüm getdim, imtahana mahnı ifa etdim, lakin keçirtmədilər, təsdiqləmədilər. O vəziyyətdən çıxmaq üçün anamı aldatdım ki, "çəkildim, növbəm çatanda efirdə göstərəcəklər". Amma bir həftə keçdi, anamı efirdə görmək qismət olmadan vəfat etdi".
Sənətçinin bu səmimi açıqlamaları həm tamaşaçıları kövrəldib və verilişdə geniş müzakirə mövzusuna çevrilib.(Milli.Az )
-
Region21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Dünya18:12Türkiyədə zavodda partlayış: 10 nəfər öldü - Yeniləndi
-
Nida Xəbər 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi








.jpg)

.jpg)





.jpg)







.jpg)










.jpg)


