Magazin1
Vəfat etdiyi gün bacısı qızı Roza Cəlilovanın evini soydu
Mərhum Xalq artisti Roza Cəlilovanın nəvəsi Lalə Aslanur onun evinin qarət olunduğunu bildirib.
Publika.az Axşam.az-a istinadən xəbər verir ki, Lalə hadisənin rəqqasə vəfat edən gün yaşandığını deyib. O bildirib ki, R.Cəlilovanın bacısısı qızı öz övladı ilə birlikdə rəqqasənin evinə daxil olub və hər şeyi götürüb:
"Roza Cəlilovanın hüquqi varisi olan oğul nəvəsi kimi nənəmin vəfatından sui istifadə edib, oğurluq törədən şəxslər barəsində məlumat vermək istəyirəm. Nənəm vəfat edəndə onun yaxınlığında qalan bacısı qızı Yeganə Aslanova qızı Lenay Seidəlizadə ilə bərabər nənəmin evinə gəlib. Polis və Təcili tibbi yardım əməkdaşları onun oğlunun olub-olmadığını soruşarkən, yalandan deyiblər ki oğlu yoxdur. Atam haqqında xoşagəlməz ifadələr işlədiblər. Yeganə nənəmin nəşini Təzə Pir məscidinə aparıb qoyub və tez evə qayıdıblar. Evi qarət ediblər: Nənəmin Prezidentin verdiyi bütün dilpomlarını, ordenlərini, mədəniyyət nazirinin verdiyi mükafatları, bank kartlarını, pul vəsaitini götürüblər. Sonra gəlib yas mərasiminə qatılıblar. Həmin şəxslər saxta sənədlərlə 5 dövlət qurumunu aldadıb. Roza Cəlilovanın oğlu və nəvəsi Ədliyyə Nazirliyinin təsdiq etdiyi sənədlərlə Səbail rayon polis şöbəsinə, bir çox hüquq orqanlarına təqdim edib. Amma 3 aydır bununla bağlı heç bir tədbir görülmür".
L.Aslanur bildirib ki, bundan əvvəl də sağlığında nənəsi Yeganə Aslanovanı polisə şikayət edib:
"Nənəm evindəki qızıllarının oğurlandığını demişdi. Onu polisə şikayət etmişdi".
-
Region21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Dünya18:12Türkiyədə zavodda partlayış: 10 nəfər öldü - Yeniləndi
-
Nida Xəbər 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi








.jpg)

.jpg)





.jpg)







.jpg)










.jpg)


