Magazin1
Tolik qərarını verdi: "Bu gün sizinlə vidalaşıram" - VİDEO
Tarix Əliyev (Tolik) bir neçə mövzuya canlı yayımda aydınlıq gətirib.
Publika.az xəbər verir ki, o, Audiovizual Şuradan çalışdığı telekanala heç vaxt şikayət daxil olmadığını bildirib. Lakin özünün "Space" ilə vidalaşmaq qərarına gəldiyini vurğulayıb:
“Bütün sosial şəbəkələrdə yazılır ki, Tarix canlı verilişə çıxıb tamaşaçaları ilə vidalaşacaq. Hamımız yatırıq, dururuq. Bizimlə birgə vicdanımız da yatır. Özümün də kanal işçisi olaraq vicdanım sızlayır. Lakin özüm-özümə qərar vermişəm. Məni də 25 ildir tanıyırsınız. Tolik kimi, Tarix Əliyev kimi. Verilişin bağlanması, aparıcılıqdan çıxmaq haqqında ərizəmi verəndə vicdanım daha da rahatlaşdı. Düşünürəm ki, emosianal davranışlarım hansısa kanalın nüfuzuna zərər verə bilməz.
Bəziləriniz mənə görə pis olursunuz, bəziləriniz də sevinirsiniz. Hər birinizi sevirəm. Bu son deyil. Sosial şəbəkələrdə hansısa qəhrəman axtarmayın. Bu, mənim özümə verdiyim bir cəzadır. Jurnalistikaya aidiyyatı olmayan insanların yazdıqlarına inanmayın. Mən, Tarix Əliyev bu gün sizinlə vidalaşıram. Verilişimi də heç kəsə vermirəm və Space TV-də də musiqi departamentinin də rəhbərliyinə gətirilməmişəm. Hər birinizin işi avand olsun”.
Qeyd edək ki, aparıcı Tarix Əliyevin verilişini bundan sonra Könül Muxtarqızının aparacağı və özünün də Space TV-də musiqi departamentinin rəhbəri olacağı iddiaları yayılmışdı.(“Yeni Sabah”)
-
Region21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Dünya18:12Türkiyədə zavodda partlayış: 10 nəfər öldü - Yeniləndi
-
Nida Xəbər 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi








.jpg)

.jpg)




.jpg)








.jpg)










.jpg)


