Magazin1
Bizə "Avroviziya"da birinci yer tutmaq lazım deyil - Nadir Qafarzadə
"Bizə "Avroviziya" mahnı müsabiqəsində birinci yeri tutmaq lazım deyil. Bu kimə lazımdır? Aləm bir-birinə dəyəcək”.
Publika.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında müğənni Nadir Qafarzadə Azərbaycanı "Avroviziya” müsabiqəsində təmsil edəcək Cəmilə Həşimovanın (JIVA) ifasında "Just Go" mahnısından danışarkən deyib.
Nadir Qafarzadə "Just Go"nu sıradan mahnı hesab edir:
"Amma bilmək olmaz. Hərdən belə də olur, bizim bəyənmədiyimiz və uğursuz hesab edilən mahnı müsabiqə zamanı uğur qazanır. İndi bu mahnı da elə, heç kəsin gözləmədiyi halda uğur qazana bilər”.
Nadir Qafarzadə Cəmilə Həşimovanın güclü bir ifaçı olduğunu xatırladıb:
"Uğurlu ifaçıdır, səs tempi xoşuma gəlir. Mahnıya yanaşması gözəldir. Onun Röya xanımla duetini dinləmişəm. Onların dueti mənim çox xoşuma gəlib”.
Qeyd edək ki, Azərbaycanı bu il "Avroviziya" mahnı müsabiqəsində JIVA (Cəmilə Həşimova) təmsil edəcək. O, "Avroviziya 2026"da Azərbaycanı "Just Go" mahnısı ilə təmsil edəcək. Mahnı sevgi, kədər və daxili güc haqqında emosional balladadır.
Mahnının söz və musiqisinin müəllifi ABŞ-da yaşayan azərbaycanlı bəstəkar Fuad Cavadovdur.
-
Region21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Dünya18:12Türkiyədə zavodda partlayış: 10 nəfər öldü - Yeniləndi
-
Nida Xəbər 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi








.jpg)

.jpg)





.jpg)





.jpg)












.jpg)


