Magazin1
Ruhəngiz Allahverdiyeva bu müğənni ilə evli olub?
"Ruhəngiz Allahverdiyeva ilə heç vaxt ailəli olmamışıq. Soyadlarımız oxşar olub".
Publika.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında müğənni Nadir Bayramlı soyadını dəyişməsi və Ruhəngiz Allahverdiyeva ilə evli olması ilə bağlı yayılan ayrılıq xəbərlərinə aydınlıq gətirərkən deyib.
Müğənni bildirib ki, bu söz-söhbətə səbəb onların 1992-ci ildə AzTV-də çıxışı olub:
"Əməkdar artist Rühəngiz Allahverdiyeva ilə birlikdə AzTV-də verilişlərin birində qonaq olduq, birgə konsert verdik. Həmin vaxt mənim soyadım Allahverdiyev idi. Konsertdən sonra bizim evli olduğumuza dair müəyyən dedi-qodular yayıldı. Bunu mən Ruhəngiz xanımdan eşitdim. Sonra soyadımı dəyişdim. Düzdür, buna səbəb Ruhəngiz xanım olmayıb".
Müğənni nəsillərinin Bayramov soyadını daşıdığını bildirib:
"Necə olmuşdusa, mənə babamın atasının adı - Allahverdi soyadı verilib. Mən də düşündüm ki, soyadımı dəyişməyin vaxtı çatıb. Əslində Bayramlı soyadı ilə tanınmaq istədim. Ruhəngiz xanımın gözəl ailəsi var, uşaqları var. Onun sənətinə böyük hörmətim var. Zamanında soyadlarımızın eyni olması bu dedi-qoduya səbəb olub".
-
Dünya18:12Türkiyədə zavodda partlayış: 10 nəfər öldü - Yeniləndi
-
Nida Xəbər 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Ekopublika.az08:49Bakıda torpaqların qiyməti kəskin dəyişdi - Səbəb açıqlandı







.jpg)

.jpg)


.jpg)










.jpg)












.jpg)


