Magazin1
Vəfa Şərifova özünə belə haqq qazandırdı: “Camaat 100 ev yıxıb, mən 1 ev yıxmışam”
Müğənni Vəfa Şərifova bir müddət əvvəl səsləndirdiyi qalmaqallı fikirlərlə yenidən gündəmə gəlib.
Publika.az xəbər verir ki, o, "Camaat 100 ev yıxıb, mən 1 ev yıxmışam!" sözlərinə ilk dəfə aparıcı Tarix Əliyevin (Tolik) "Səmimi" adlı "YouTube" verilişində aydınlıq gətirib. O bildirib ki, fikirləri bəzən düzgün anlaşılmayıb və demək istədiyini tam ifadə edə bilməyib.
Şərifovanın sözlərinə görə, həmin ifadə şəxsi həyatına işarə idi: "Demək istəyirdim ki, insanların həyatında müxtəlif hadisələr olur, mənim həyatımda isə yalnız bir insan olub. Hamı bunu başıma vururdu".
Müğənni əlavə edib ki, sözügedən şəxs artıq iki ildir həyatında yoxdur və yenidən bir araya gəlmələri mümkün deyil. O, övladlarının atasının yaxşı insan və qayğıkeş ata olduğunu vurğulasa da, münasibətlərinin bərpasının mümkünsüz olduğunu bildirib.
Vəfa qeyd edib ki, bu vəziyyəti övladına izah etməkdə çətinlik çəkir: "Bəzən anlayır, bəzən isə bizi barışdırmaq istəyir".
Sənətçinin bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər arasında fərqli fikirlər səslənib. Bəziləri onu dəstəkləsə də, digərləri əvvəlki açıqlamasını hələ də tənqid edir.(Milli.Az)
-
Dünya18:12Türkiyədə zavodda partlayış: 10 nəfər öldü - Yeniləndi
-
Nida Xəbər 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Ekopublika.az08:49Bakıda torpaqların qiyməti kəskin dəyişdi - Səbəb açıqlandı







.jpg)

.jpg)












.jpg)












.jpg)


