Magazin1
"Toyda gəlinin anası məni döymək istədi"
Müğənni Əminə Şirin maraqlı açıqlaması ilə gündəmə gəlib.
Publika.az xəbər verir ki, sənətçi iştirak etdiyi toylardan birində yaşanan qalmaqallı hadisəni xatırladaraq bildirib ki, həmin məclisdə gəlinin anası onun ifasına görə əsəbiləşib və hətta onu döymək istəyib.
Əminə Şirin qeyd edib ki, idarə etdikləri toylarda müxtəlif janrlarda - həm milli mahnılar, həm də caz ifa edirlər:
"Toyların birində idik. Biz bütün janrlarda oxuyuruq. Bir az caz da ifa edirdim, əsasən milli mahnılar olurdu ki, insanlar rəqs etsin. Mən caz oxuyanda gəlinin anası çox əsəbiləşmişdi. Dedilər ki, əsəbiləşib, səni döymək istəyir. Mənə dedilər, get maşında otur. O vaxtlar çılğın idim, indi də fərqli deyiləm. Dedim ki, necə yəni döymək istəyir, nə ixtiyarı var? Sağ olsun desin ki, toyunu konsert kimi idarə edirəm".
Müğənni əlavə edib ki, vəziyyəti sakitləşdirmək üçün ona müdaxilə edilib. O bildirib ki, həmin vaxt prodüser Vaqif Gərayzadə ona maşında oturmağı tövsiyə edib. Daha sonra isə müğənni Samir Piriyev vəziyyətin sakitləşdiyini bildirərək onu yenidən səhnəyə dəvət edib.
Sənətçi onu da vurğulayıb ki, həmin dövrdə o, "Aypara" qrupunda Samir Piriyevlə birlikdə fəaliyyət göstərirdi.
Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan bu açıqlama izləyicilər tərəfindən maraqla qarşılanıb.(Milli.Az)
-
Dünya18:12Türkiyədə zavodda partlayış: 10 nəfər öldü - Yeniləndi
-
Nida Xəbər 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Ekopublika.az08:49Bakıda torpaqların qiyməti kəskin dəyişdi - Səbəb açıqlandı







.jpg)

.jpg)












.jpg)












.jpg)


