Magazin1
Çelikdən Hüseyn Məmmədoğluna sərt reaksiya: Qısqanırsan!
Xəbər verdiyimiz kimi, məşhur türkiyəli müğənni Çeliyin Bakıda baş tutan konserti qalmaqalla yadda qalıb. Belə ki, səhnədə baş verənlər və konsert zamanı yaşanan gərgin anlar qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
İddialara görə, müğənni konsert zamanı bəzi tamaşaçılara qarşı kobud davranıb. Onunla şəkil çəkdirmək istəyən pərəstişkarlarına sərt reaksiya verməsi, hətta bəzi hallarda itələmə görüntülərinin yayılması Azərbaycan seqmentində ciddi narazılıq doğurub. Sosial mediada yayılan videogörüntülər minlərlə istifadəçi tərəfindən paylaşılıb və geniş rezonans doğurub.
Publika.az xəbər verir ki, məsələ bununla da bitməyib. Hadisəyə Azərbaycan şou-biznesindən də reaksiyalar gecikməyib. Klarnet ifaçısı Hüseyn Məmmədoğlu sosial şəbəkədə sərt mövqe sərgiləyərək, paylaşımında “Gözəl xalqım, təqsir sizdədir, niyə onun konsertinə gedirsiniz, sonra da hörmətsizlik görürsünüz? Çelik, insanlara sayğı göstər. Zatən mahnı oxumağın bərbaddır, heç olmasa insan ol" sözlərini qeyd edib.
Türkiyəli sənətçi Çelik isə azərbaycanlı ifaçının paylaşımına çox sərt reaksiya verib: “Heç vaxt ölçüşə bilməyəcəyin bir karyera və şəxs haqqında satın aldığın saxta izləyicilərlə mənim fotomdan istifadə edərək paylaşım etməyin sadəcə gülüncdür. Azərbaycanı, Azərbaycan xalqını və 3 il yaşadığım Bakını çox sevirəm. Məni səndən daha çox sevmələrini isə yəqin ki, qəbul edə bilmirsən".
(Musavat.com)
-
Dünya18:12Türkiyədə zavodda partlayış: 10 nəfər öldü - Yeniləndi
-
Nida Xəbər 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Ekopublika.az08:49Bakıda torpaqların qiyməti kəskin dəyişdi - Səbəb açıqlandı







.jpg)

.jpg)












.jpg)












.jpg)


