Magazin1
Bunu etsəm, pişiyimin ruhu inciyər - Elza Seyidcahan
Əməkdar artist Elza Seyidcahan ev heyvanı saxlamaması ilə bağlı açıqlaması ilə diqqət çəkib.
Publika.az xəbər verir ki, o, bir müddət əvvəl "Ceyla" adlı pişiyinin öldüyünü və bu itkidən sonra yenidən ev heyvanı saxlamağa tərəddüd etdiyini bildirib.
Onun sözlərinə görə, həmin pişik çox qısqanc olub və evə başqa heyvanın gəlməsinə imkan vermirmiş.
Seyidcahan qeyd edib ki, yeni bir heyvan saxlasa, sanki əvvəlki pişiyinin ruhunu incitmiş olacağını düşünür. Bu səbəbdən evində artıq heyvan saxlamadığını deyən ifaçı, buna baxmayaraq heyvanlara olan sevgisinin dəyişmədiyini vurğulayıb.
O əlavə edib ki, ailə üzvləri ilə birlikdə küçə heyvanlarına daim qayğı göstərir, onları yemləyirlər. Sənətçi həmçinin ev heyvanı saxlamağın böyük məsuliyyət tələb etdiyini də dilə gətirib. Onların dilsiz olduğunu, ehtiyaclarını ifadə edə bilmədiklərini və sahiblərinin hər zaman diqqətli olmalı olduqlarını bildirib.
İfaçının bu fikirləri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və müxtəlif müzakirələrə səbəb olub.(milli.az)
-
Dünya18:12Türkiyədə zavodda partlayış: 10 nəfər öldü - Yeniləndi
-
Nida Xəbər 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Ekopublika.az08:49Bakıda torpaqların qiyməti kəskin dəyişdi - Səbəb açıqlandı







.jpg)

.jpg)












.jpg)












.jpg)


