Magazin1
Canlı yayımda biabırçı anlar: Aparıcı Çiçək hədəfdə - VİDEO
Azərbaycanda radio efirlərinin maarifləndirici və mədəni ünsiyyət platformasından daha çox ucuz şou, qışqırıq və bayağı zarafat meydanına çevrilməsi yenidən müzakirə mövzusu olub.
Publika.az xəbər verir ki, sosial şəbəkələrdə Radio TMB 100.5 FM-in aparıcısı, “Çiçək” ləqəbi ilə tanınan Şəhla Vakkasanın canlı efirdəki danışıq tərzi ilə bağlı görüntülər yayılıb.
Jurnalist Pərviz Hüseynlinin paylaşdığı həmin efir parçası sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub. İzləyicilər aparıcının yüksək səslə, kobud üslubda danışmasını, efirə zəng edən dinləyicilərlə zarafatlaşmasını radio efirinə yaraşmayan davranış kimi qiymətləndiriblər.
Müzakirələrdə bildirilir ki, radio aparıcısı efirdə yalnız əyləndirməklə kifayətlənməməli, həm də dinləyiciyə hörmət etməli, ictimai ünsiyyət mədəniyyətini qorumalıdır. Xüsusilə canlı yayımlarda aparıcının danışıq tərzi, seçdiyi ifadələr və auditoriyaya münasibəti radionun ümumi imicinə birbaşa təsir edir.
Sosial şəbəkə istifadəçiləri aparıcını tənqid atəşinə tutaraq yazıblar ki, efiri ucadan gülmək, mənasız replikalar və dinləyicini lağa qoymaq üzərində qurmaq peşəkar radio aparıcılığı deyil.
Qeyd edək ki, Şəhla Vakkasa “Çiçək” ləqəbi ilə uzun illərdir radio sahəsində tanınır. O, daha əvvəl “Çiçəkli dəqiqələr” verilişi ilə məşhurlaşıb.(“Yeni Sabah”)
-
Nida Xəbər 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Ekopublika.az08:49Bakıda torpaqların qiyməti kəskin dəyişdi - Səbəb açıqlandı
-
ABŞ02:43Tramp elan etdi: ABŞ İranda “Dəmir qapı” qrupunu işə saldı






.jpg)

.jpg)












.jpg)


.jpg)
.jpg)










.jpg)


