Magazin1
"Pünhan "hozu"du, qəbul edirəm, amma bu qədər üzərinə getmək düzgün deyil" - Nazilə Səfərli
Şair və qiraətçi Nazilə Səfərli müğənni Pünhan Piriyev ətrafında yaranan qalmaqala münasibət bildirib.
Publika.az xəbər verir ki, Səfərli Pünhanı müdafiə edərək səhnədə baş verən gərgin anların birmənalı qarşılanmamalı olduğunu deyib. O, səhnənin əsasən ifaçıya, rəqqaslara və aparıcıya məxsus olduğunu vurğulayaraq, belə halların daha əvvəl də yaşandığını xatırladıb.
Qiraətçi bu kontekstdə Aygün Kazımova ilə bağlı bir hadisəni nümunə çəkərək bildirib:
"Səhnə kimindir? Sizə sual verirəm: oxuyanındır, oynayanındır və aparıcınındır. Aygün Kazımova Eldəniz kimi sənətkara "Vətəndaş, səhnə mənimdir. Sən oxuyanda mən çıxmamışam, aşağı düş" dedi. Heç birinizin səsi çıxmadı. Haqlı idi, səhnə onun idi. Jest etmədi - bu, onun öz ixtiyarı idi, qulaq asmaya bilərdi.
Pünhanın "günahı" odur ki, toylara 12 minə yox, 2-3 minə gedir. Qazandığını da bölüşdürür, şəhid ailələrinə evlərinin qapılarına yol çəkdirir, müxtəlif xeyriyyə işləri görür. Onun artıq pulu yoxdur ki, mühafizəçi, menecerlər tutsun, səhnəni çəpər etsin.
Elə qadın Xalq artistləri var ki, səhnə arxasında ondan da sərt davranır, ansambl üzvlərinə elə ağır söyüşlər söyürlər ki... Bunu özüm görmüşəm. İndi bu uşaq rayondan gəlib, zəhmətlə ayaqda qalmağa çalışır. "Hozu"du, qəbul edirəm, amma bu qədər üzərinə getmək düzgün deyil".(milli.az)
-
Nida Xəbər 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Ekopublika.az08:49Bakıda torpaqların qiyməti kəskin dəyişdi - Səbəb açıqlandı
-
ABŞ02:43Tramp elan etdi: ABŞ İranda “Dəmir qapı” qrupunu işə saldı






.jpg)

.jpg)











.jpg)



.jpg)
.jpg)










.jpg)


