Magazin1
Nura Suri özünü Cim Kerri ilə müqayisə etdi: Bunu etmədən ölmək istəmərəm
Müğənni Nura Suri özünü məşhur amerikalı aktyor Cim Kerri (Jim Carrey) ilə müqayisə edib.
Publika.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə paylaşım edib.
"Cim Kerri illərlə açıq deyirdi ki, Hollivuddan yorulub. Şöhrət, media, rol oyunu, sənaye təzyiqi onu bezdirib. “I have enough. I’ve done enough. I am enough” yəni : “mən bu oyundan yoruldum”. Sistemə qarşı açıq danışdığına görə onun müsahibələri çoxuna “qəribə” gəlirdi, çünki Hollivudda çox adam açıq danışmır, danışa bilmir.
Cim isə: şöhrətin illüziya olduğunu, Hollywood-un saxta olduğunu, insanların maska taxdığını, sənayenin çox süni işlədiyini açıq şəkildə deyirdi.
Bu da sistem üçün “narahat adam” obrazı yaradırdı. (Mən də bizim camiyədə “narahat adam” obrazındayam). Cim artıq Hollivudun rahat adamı deyildi bu səbəbdən onun ictimai obrazını dəyişib daha qaranlıq, daha fəlsəfi, daha siyasi, daha spiritual, problemli bir fiqura çevirdilər.
Cim Kerri haqqında bir video gördüm, özümün də rahat adam olmadığım yadıma düşdü. Vallah, elə mənim də haqqımda o qədər uydurma, həqiqəti əks etdirməyən şayiələr danışırlar ki, məqsəd isə ictimai obrazımı dəyişib hörmətdən salmaqdır. Dünya ulduzlarının başına gələnləri görəndə özümə şükür edirəm.
Bilsəm ki, sabah öləcəyəm, bu gün bir video çəkib bütün həqiqətləri cəmiyyətimizin üzünə çılpaqlığı ilə demək istəyərdim. Bunu etmədən ölmək istəmərəm", - deyə müğənni paylaşımında qeyd edib.
-
Nida Xəbər 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Ekopublika.az08:49Bakıda torpaqların qiyməti kəskin dəyişdi - Səbəb açıqlandı
-
ABŞ02:43Tramp elan etdi: ABŞ İranda “Dəmir qapı” qrupunu işə saldı






.jpg)

.jpg)










.jpg)




.jpg)
.jpg)










.jpg)


