Magazin1
Nazpəri Dostəliyeva oğlunun son vəsiyyətini AÇIQLADI
Xalq artisti Nazpəri Dostəliyeva mərhum oğlu Əli ilə bağlı kövrək xatirələrini bölüşüb.
Publika.az xəbər verir ki, o, həyatında ağır itkilər yaşadığını, buna baxmayaraq hər zaman güclü qalmağa çalışdığını bildirib. Xalq artisti valideynlərinin də vaxtilə böyük acılar yaşadığını xatırladaraq, bu sınaqlardan mətanətlə keçdiyini vurğulayıb.
Dostəliyeva övladının vəfat etdiyi günü də xatırlayıb. Onun sözlərinə görə, hadisə Novruz bayramı günü baş verib. Gün ərzində hər şey normal olsa da, sonradan oğlunun halı qəfil pisləşib. Evdə olan həkimin müdaxiləsinə baxmayaraq vəziyyət ağırlaşıb.
Müğənni bildirib ki, oğlu son anlarında ona təsirli sözlər deyib. Əli anasına səhnəni tərk etməməsini tövsiyə edib, onu sevən insanların çox olduğunu xatırladıb. Eyni zamanda, ailə üzvlərinə diqqət yetirməsini istəyərək, xüsusilə Tamerlanı ona əmanət etdiyini deyib.
Sənətçi əlavə edib ki, həkimlər hadisə yerinə çatsa da, artıq gec olub. O, yaşadığı ağrını sözlə ifadə etməyin çətin olduğunu qeyd edib və kədərini daxilində daşısa da, insanlarla daha çox sevincini paylaşmağa üstünlük verdiyini bildirib.(milli.az)
-
Nida Xəbər 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Ekopublika.az08:49Bakıda torpaqların qiyməti kəskin dəyişdi - Səbəb açıqlandı
-
ABŞ02:43Tramp elan etdi: ABŞ İranda “Dəmir qapı” qrupunu işə saldı






.jpg)

.jpg)










.jpg)




.jpg)
.jpg)










.jpg)


