Magazin1
Rəqsanə Laləylə qarşı-qarşıya: “Bunu özümə hörmətsizlik sayıram”
Rəqsanə İsmayılova “Maska şou” verilişində ona qarşı hörmətsizlik edildiyini deyib.
Publika.az xəbər verir ki, buna səbəb ötən həftə şounu tərk edən Əməkdar artist Lalə Məmmədovanın “Bivəfa” mahnısını icazəsiz oxuması olub.
Rəqasanə bildirib ki, həmkarları həmin mahnının ona aid olduğunu L. Məmmədovaya bildirməyiblər:
“Şouda həmin mahnını Lalə Məmmədova ifa edirdi. Orada oturan münsiflər də sözünü demiş şəxslərdir. Hər biri də ifanı tamaşaçılarla birlikdə oxuyurdular. Bu mahnını Azərbaycan xalqına mən sevdirmişəm. Müğənnini xatırlatmaq bu qədər çətindir? Ən azı Lalə Məmmədova ifanı paylaşarkən bildirməli idi ki, bu mənim mahnımdır. Baxmayaraq ki, özbək mahnısı olub, amma sözlərini mən yazdırmışam. Belə böyük bir layihədə mahnım icazəsiz oxunur. Yalnız mən irad bildirəndən sonra Lalə Məmmədova adımı çəkdi. Bunu özümə qarşı hörmətsizlik hesab edirəm”.
Qeyd edək ki, “Maska şou”da son olaraq Səməni obrazının altından Lalə Məmmədova çıxıb. O, yarışmada “Bivəfa” mahnısını oxumuşdu. İfaçı həm də bildirib ki, həmin mahnı 20 il öncə ilk olaraq ona təqdim olunub. (“Yeni Sabah”)
-
Nida Xəbər 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Ekopublika.az08:49Bakıda torpaqların qiyməti kəskin dəyişdi - Səbəb açıqlandı
-
ABŞ02:43Tramp elan etdi: ABŞ İranda “Dəmir qapı” qrupunu işə saldı






.jpg)

.jpg)









.jpg)


.jpg)


.jpg)
.jpg)










.jpg)


